Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

                                       Təşkilatın fəaliyyət göstərdiyi ünvan:  

Bakı AZ1025, Tağızadə küçəsi 3, mənzil 25

Telefon, faks, e-mail

Telefon: (+994 12) 496 41 85;  Fax: (+994 12) 510 42 71; mob:(+994 50) 314 49 15
e-mail:  smamedov@rambler.rusahib.mammadov@gmail.com

Təşkilatın yaranma tarixi və qeydiyyatı

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası   1997-ci ilin iyun ayında təsis olunub.
Ədliyyə Nazirliyi tərəfindən 18 mart 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Təşkilatın idarəetmə orqanı

           Ümumi yığıncaqlar arası dövrdə təşkilatın  fəaliyyətinə   İcraiyyə Komitəsi rəhbərlik
edir. İcraiyyə Komitəsi  öz sırasından İcraiyyə Komitəsinin sədrini seçir. İcraiyyə
Komitəsinin sədri Sahib Məmmədovdur.

                                      Təşkilatın missiyası və əsas fəaliyyət istiqamətləri

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının əsas missiyası ölkənin sosial sferasında insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində hüquqi, ictimai, maarifləndirici və vəkillik fəaliyyətlərini həyata keçirməkdir. Sosial iqtisadi hüquqların müdafiəsi ilə yanaşı təşkilat həmçinin fundamental hüquq və azadlıqların təmin olunması istiqamətində də ixtisaslaşmışdır. Təşkilat işini əsasən monitorinqlər, məhkəmə çəkişmələri, ictimai kampaniyalar, maarifləndirmə və vəkillik  fəaliyyətləri şəkilində qurur. Təşkilatın müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətləri vardır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının  daxil olduğu Milli Koalisiya və şəbəkələr

  • Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsi;
  • Mədən sənayesində Şəffaflıq təşəbbüsü Koalisiyası;
  • Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə;
  • Mədən Sənayesinin Təsirləri üzərində Vətəndaş Nəzarəti Şəbəkəsi (Citizens Response Network);

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının  daxil olduğu Beynəlxalq Koalisiya və şəbəkələr

  • İnformasiya Azadlığı üzrə Vəkillik Şəbəkəsi (FOI advocacy network )

 
                                    Xarici partnyor təşkilat

  • İnsan Hüquqları üzrə Helsinki Fondu (Polşa)

 

                    Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının  fəaliyyətdə olan 
                     Proqramları

  • Şəffaflığın artırılması, dövlət, bələdiyyə və onlara bərabər tutulan subyektlərin informasiya resurslarına çıxışın asanlaşdırılması.

Bu fəaliyyətlə bağlı təşkilat əsasən monitorinqlər, maarifləndirmə işləri (o cümlədən treninqlər, nəşrlərin hazırlanması, KİV-də maarifləndirici materialların yerləşdirilməsi), qanunvericiliyin təkmilləşdirilməsi, informasiyanı açıqlamayan dövlət və bələdiyyə orqanlarından məhkəmə çəkişmələri vasitəsi ilə  informasiyaların alınması (bu iş məhkəmə çəkişmələrində uduzan orqanlarında sonradan informasiyaları təqdim etmək vərdişi yaradır).

  • Strateji məhkəmə çəkişmələri

Liqa tərəfindən son 5 il ərzində 300 məhkəmə çəkişməsi təşkil olunmuşdur. Onlardan bir qismi strateji məhkəməçəkişmələridir. Uğurlu strateji məhkəmə çəkişmələrinə nümunə olaraq aşağıdakıları göstərmək olar.

  1. Vətəndaşların Əmək Hüquqlarını müdafiə Liqası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Qarşı. Ölkədə ilk dəfə olaraq informasiya sorğusunu cavablandırmayan Mərkəzi İcra Hakimiyyəti orqanı məhkəmədə uduzmuş və tələb olunan informasiyanı təqdim etmişdir. Bu yaxşı prisident yartmışdır və hazırda ölkədə məhkəmə vasitəsi ilə informasiyanın əldə olunması adi praktikadır.
  2. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Bakı Şəhər İcra Hakimiyyətinə qarşı.

Liqaya söz azadlığının müdafiəsi məqsədi ilə piket keçirməyi qadağan edən Bakı şəhər İcra hakimiyyətinə qarşı qaldırılmış iddia ətrafında uğurlu ictimai kampaniya təşkil olunmuşdur. Milli Məhkəmələr şəhər hakimiyyətinə qarşı iddianı təmin etməkdən çəkinmişlər. Lakin şikayət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim olunub. (Bu toplaşma azadlığı hüququnun pozulması ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə daxil olan ilk şikayətdir).
3. Torpaq mülkiyyətçiləri bp, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinə qarşı. Bütün müdafiəni Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası həyata keçirir. 2 il davam edən məhkəmədə apelliyasiya məhkəməsi ölkənin yeni neft tarixində ilk dəfə olaraq torpaq mülkiyyətçilərinin şikayətini təmin etmişdir. 15 nəfər mülkiyyətçinin şikayəti nəticəsində qəbul olunmuş məhkəmə qərarı prisident yaradır və daha 7200 mülkiyyətçiyə şamil oluna bilər.
Strateji məhkəmə çəkişmələrinin həyata keçirilməsi ilə bağlı təşkilat Polşanın İnsan hüquqları üzrə Fondu, Londonda yerləşən Interights təşkilatları ilə əməkdaşlıq edir.
Hazırda Liqa bir neçə strateji məhkəmə çəkişməsi həyata keçirmək niyyətindədir. (insinirovat)

  • Toplaşma azadlığının təmin olunması istiqamətində vəkillik fəaliyyəti

Bu istiqamətdə təşkilatın həyata keçirdiyi layihə uğurlu olmuşdur. Hazırlanmış monitorinq hesabatı və tövsiyələr beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Əksəriyyət tövsiyələr toplaşma azadlığı ilə bağlı yeni qanunun qəbulu zamanı nəzərə alınmışdır. Layihə çərçivəsində təşkilat ölkə üzrə ilk dəfə olaraq milli (daxili) müdafiə mexanizmlərini dəf edərək Avropa Məhkəməsinə şikayət təqdim etmişdir (İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 11, 6, 13 və 14-cü maddələrinin pozulması ilə bağlı).

Hazırda Liqa toplaşma azadlığı hüququ pozulmuş təşkilatlara, fiziki şəxsldərə hüquqi yardımlar edir (o cümlədən məsləhət, məhkəmələrə şikayət, strateji məhkəmə çəkişmələri, maarifləndirmə və s.)

  • Korrupsiyaya qarşı mübarizə

Liqa ölkədə fəaliyyət göstərən “Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq Şəbəkəsinin” (İnformation and Cooperation Network of NGO’s acting in the field of combating corruption)təsisçilərindəndir. Liqa ekspertləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş 2007-2011-ci illər üçün şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaya dair tədbirlər planının layihəsinin hazırlanmasında iştirak etmişdir. (Action plan for the implementation of the national strategy on increasing transparency and combating corruption (2007-2011)).

Liqa korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyətini şəbəkə daxilində davam etdirir.

  • Ədalətli və Əlverişli  əmək şəraitinin yaradılması və məşğulluğun təmin olunması

Bu fəaliyyət təşkilatın uzunmüddətli planında davamlı şəkildə həyata keçirilən fəaliyyətlərdəndir. Təşkilat fəaliyyət göstərdiyi 11 ilə ərzində bu fəaliyyətlə bağlı 21 adda nəşr hazırlamış, çoxsaylı treninqlər, konfranslar, debatlar təşkil etmiş və siyasət sənədləri (policy paper) hazırlamışdır. Liqanın ölkənin 6 regionunda əsasən əmək və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardımlar göstərən ictimai qəbul otaqları fəaliyyət göstərmişdir.
Liqanın uzunmüddətli fəaliyyət planında təhlükəsiz əmək şəraitinin yaradılması, Əmək Məcəlləsinə dəyişikliklərə dair təkliflər hazırlamaq, məhkəmələrdə hüquqların müdafiəsini təşkil etmək kimi fəaliyyətləri nəzərdə tutulur.

  • Neft sənayesinin təsirləri üzərində Vətəndaş nəzarətinin təmin olunması

Liqa Açıq Cəmiyyət İnstiutu-Yardım Fondu tərəfindən yaradılan “Mədən sənayesinin təsirləri üzərində Vətəndaş nəzarəti şəbəkəsinin (CRN)” təsisçisidir və bu fəaliyyət çərçivəsində neft kəmərlərinin təsirlərinə məruz qalan ərazilərdə yerləşən icmalara dəstək fəaliyyəti həyata keçirir.

  • İşçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsinin təşkili

Liqa başqa ölkələrdən Azərbaycana gəlmiş işçi miqrantalar hüquqi yardımlar göstərir.
İşçi miqrantların hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Liqanın uzunmüddətli fəaliyyət planında işçi miqrantlara və onların ailə üzvlərinə hüquqi yardımların göstərilməsi nəzərdə tutulur.

  • İnsan Hüquqları ilə bağlı Beynəlxalq təşkilatlara (BMT Komitələrinə, Avropa Şurasının müvafiq qurumlarına) dövlət hesabatlarına alternativ hesabatların verilməsi

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası BMT nin İnsan Hüquq və azadlıqlarının təmin olunması ilə bağlı nizamnamə və müqavilə mexanizmlərindən istifadə edir. Bununla bağlı təşkilatın fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • BMT İnsan Hüquqları Şurasına Unversal Dövrü Hesabatla bağlı əks məlumatın hazırlanması;
  • BMT-nin  müqavilə orqanlarına (cəmi 8 komitə) hökumət hesabatlarına alternativ hesabatların hazırlanması;
  • BMT Komitələrinə fərdi şikayət prosedurlarından istifadə.