2023-cü il 25 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni
Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası öz işinə başlamışdır. 2023-cü il ilin oktyabr
ayının 13-nə qədər davam edəcək sessiyada Ermənistan dövlətinin BMT-nin İqtisadi,
Sosial və Mədni Hüquqlar üzrə Beynəlxalq Pakt üzrə Komitəyə təqdim etdiyi 4-cü dövrü
hesabat da müzakirə olunur. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan
Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyi komitəyə Ermənistan tərəfindən Paktın
15-ci maddəsinin pozulması, Ermənistanda Azərbaycan xalqına qarşı nifrət təbliğatına
və irqçi siyasətə dair iki alternativ hesabat təqdim etmişdir.
Sessiyanın gedişi dövründə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri
Sahib Məmmədov BMT İnsan Hüquqları üzrə Ali Komissar ofisinin məsul vəzifəli
şəxsləri, həmçinin Komitənin Ermənistan üzrə həməruzəçiləri ilə görşümüş, bəyanatı və
abidələrin dağıdılmasını nümayiş etdirən nəşrləri təqdim etmişdir.
Sahib Məmmədov 3 oktaybar tarixində Komitə üzvləri (işçi qrupa daxil olanlar) Alternativ
hesabat təqdim edən maraqlı tərəflərlə görüşmüdür. Həmçinin Komitə üzvləri üçün
keçirilən birifinqdə alternativ hesabatlara dair məlumat vermişdir. Sahib Məmmədov
bəyanatı səsləndirmişdir. Bildirmişdir ki, hesabatlardan biri Ermənistanın işğal edərək 30
il ərzində nəzəarətdə saxladığı ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin
dağıdılması, qəristanlıqlarda qızıl diş axtarmaq məqsədi ilə 30 000 artıq qəbristanlığın
dağıdlması, muzey sərəvətlərinin talanması ilə bağldır. İkinici hesabat isə hazırkı
Ermənistada ermənilər tərəfindən məhv edilmiş və Azərbaycan xalqına məxsus mədəni
irsin tam olaraq dağıdılmasına aiddir. Sahib Məmmədov brifinqdə təşkilatlar adından
bəyata təqdim etmiş və komitə üzvlərinin suallarını cavablandımışdır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və
Tədqiqat İctimai birliyi tərfindən BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə
Komitəsinə təqdim edilən və BMT-nin rəsmi veb səhifəsində Ermənistanın 4-cü dövrü
hesabata paralel olaraq yerləşdirlən hesabatlarla aşağıdakı linklərdə tanış olmaq olar.
4 və 5 Oktyabr tarixlərində Komitə tərəfindən Ermənistanın dövrü hesabatı dinləniləcək.
https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=I
NT%2FCESCR%2FCSS%2FARM%2F55551&Lang=en
https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=I
NT%2FCESCR%2FICO%2FARM%2F46508&Lang=en

Bəyanatın tam mətni:

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası
Komitə üzvləri üçün keçirlən brifinq üçün təqdim olunacaq

Bəyanat Cenevrə 4 oktyabr 2023
Ermənistan dövləti və müxtəlif dövrlərdə ona rəhbərlik etmiş hakimiyyətlər məqsədli
şəkildə, irqi nifrət zəmnində hazırda Ermənistan əraziləri olan tarixən
azərbaycanlıların məskunlaşdığı ərazilərdə yerləşmiş minlərlə yer adlarını,
toponimləri, o cümlədən bütün inzibati-ərazi vahidlərinin adları dəyişdirilərək
erməniləşdirilmişdir. Ermənistan ərazisində olan və Azərbaycan xalqına məxsus
olmuş tarixi, arxitektura abidələri, o cümlədən dini məbədlər tam məhv edilmişdir.
Coğrafi adlar, o cümlədən dağ, çay, göl və s. təbii obeyktlərin adları
dəyişdirilmişdir. Ermənistan hesabat dövründə də bu fəaliyyətini davam etdirmiş
Azərbaycanlılara məxsus olmuş məşhur “Təpəbaşı” adlanan tarixi kompleksi məhv
edərək yerində yaşayış binalarının inşasına başlamışdır. Hazırda Ermənistanda
Azərbaycan mənşəli toponimlər, yer və coğrafi adlar qalmamışdır.
Təqdim olunan hesabatda dağıdılmış, məhv edilmiş, konstruktiv dəyişiklik edilərək
erməni mədəni (dini) abidələri və ya bəzi hallarda fars mədəni (dini) abidələri kimi
təqdim edilən bəzi abidələr, qəbristanlıqlar haqqında qısa məlumatlar əks olunub.
Komitə üzvlərini həmin hesabatlarla tanış olmağa dəvət edirik.
Beləliklə, Ermənistan Respublikası öz ərazilərində “İqtisadi, Sosial və Mədni
Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 15-ci maddəsinin tələblərini ciddi surətdə
pozaraq başqa xalqa məxsus mədəni irsi məhv etmişdir. Ermənistan tərəfindən davamlı
olaraq həyata keçirlən və hazırda da davam edən bu fəaliyyətlər irqi nifrət zəmnində
həyata keçirlir və əsas məqsəd həmin ərazilərdə azərbaycanlıların tarixən təşəkkül
tapmasını sübut edən bütün tikililərin dağıdlması, izinin itirilməsi və yer adlarının və
coğrafi adların ləğv edilməsidir.
XX yüzilin əvvəllərində İrəvan (hazırda Yerevan) quberniyası ərazisində 310 məscid
qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin
sayı 391-ə qədər artıb, onlardan 382 şiə, 9 sünni məscidi kimi fəaliyyət göstərib. 1918-ci
ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
1988–1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək
məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət
müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi zəbt edilib. 223
qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb.
Hazırda Ermənistan ərazisində – paytaxt Yerevanda yalnız Göy məscid, bölgələrdə isə
bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra
fars (İran) məscidi kimi təqdim edilir. Ümumilikdə, 5000-dən çox maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib və ya qismən farslaşdırılıb. Həyata keçirlən bu dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır.
Müasir Ermənistan ərazisində hazırda Azərbaycan xalqının bu ərazilərdə tarixən
təşəkkül tapmasını və minilliklərlə yaşamasını sübut edən demək olar heç bir tikili (o
cümlədən dini obyekt), qəbrsitanlıq, yer adları və coğrafi adlar qalmayıb.
Bununla da Ermənistan Respubulikası “İqtisadi, Sosial və Mədni Hüquqlar Haqqında
Beynəlxalq Paktın” müvafiq maddətlərinin tələblərini pozamaqla yanaşı, həmçinin BMT-
nin “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Haqqında Beynəlxalq
Konvensiya”sının “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa
Konvensiya”sının,”Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında”
UNESCO-nun 1972-ci il konvensiyasının, Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”-nın
(20 oktyabr 2005-ci il UNESCO) əsas prinsiplərini,habelə “Avropanın memarlıq irsinin

qorunması haqqında Konvensiya”-nın (3 oktyabr 1985) tələblərini ciddi surətdə
pozmuşdur. Ermənstan zəbt edərək 30 ildən artıq nəzarətində saxladığı 20% Azərbaycan
ərazilərində də azərbaycanlılara məxsus olan bütün mədəni irsi, infarstrukturu, yaşayış
məntəqələrini tamailə dağıtmış, ərazilərə bir milyondan çox mina basdırmışdır. Ətraf
mühitə bərpası mükün olmayan zərər vurlumuş yüşlərlə flora və fauna nümunələri məhv
edilmişdir. 1992-2020-ci illər arası dövrdə Ermənistanın nəazarəti altında olan ərazilərdəki
qəbristanlıqlarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir. Yerli əhalinin
əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbrləri qazılaraq
onların cəsədində olan dişlər çıxarılmışdır. İndiyədək 30 000 artıq qəbirin qızıl axtarmaq
məqsədi ilə dağıdıldığı müəyyən edilmişdir. Hazırda müəyyənləşmə prosesi davam edir.
Ermənistan tərəfində bu qəbirqazma işlərini ironik olaraq “gold fever” adlandırırdılar.

Komitə üzvlərindən xahiş edirik ki, Ermənistan dövlətindən aşağıdakılar barədə
sorğu verməyi xahiş edirik: Ermənistan dövləti başqa xalqlara, əsasən də azərbaycan xalıqna aid olan mədəni irsin mühafizəsi üçün hər hansı tədbirlər görübmü?
Ermənistan ərazisində azərbaycan xalıqna məxsus olan hər hansı mədəni və ya dini
obeykt qalıbmı? Qalıbsa onların mühafizəsi necə təmin olunub?
Ermənistanın dövləti 30 il ərzində nəzarətə saxladığı Azərbaycan ərazilərində mövcud
olan qəbristanlıqlarda qazıtı işləri aparan və ölmüş insanların qızıl dişləri çıxarmaq
üçün qızılaxtaran dəstələr barədə məlumatlı idilərmi? Məlumat var idisə belə insanlara
qarşı hansı tədbirlər görülüb?
Hazırda Ermənistan ərazisində Azərbaycan mənşəli coğrafi adları, toponimləri, şəhər,
kənd və qəsəbə adları vardırmı?
1988-ci ilin dekabr ayına qədər Ermənstanda yaşamış 250 000 azərbaycanlıya aid olan
və fəaliyyət göstərmiş dini obyektlər, teatr binaları, muzeylərdən hal-hazırda mövcud
olanı varmı? Varsa təyinatı üzrə istifadə olunurmu?

Sessiyanın gedişində Ermənistan üzrə həmməruzəçi, komitə üzvü cənab Santiago
Manuel Fiorio Vaesken Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan
Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin birgə hazırladığı iki alternativ
hesabata istinad edərək Ermənistanın rəsmi nümayəndə heyətinə aşağıdakı sualları
ünvanlamışdır.

  1. Ermənistan Azərbaycanlılara və Gürcülərə məxsus olan məscid və kilsələri, və
    digər mədəni irsin mühafizəsini necə təşkil edib? Komitəyə məlumat daxil olub ki,
    (alternativ hesabatları nəzərdə tutur) Ermənistan dövləti başqa mədəniyyətə məxsus
    olan adı gedən abidələri və dini obyektləri məhv edib.

Qeyd: BU sualı verərəkən həmməruzəçi həmsinin Gürcüstanda fəaliyyət göstərən və
Elbrus Məmmədovun rəhbərlik etdiyi QHT-nin Ermənistan tərəfindən Gürcü kilsələrinin
və digər mədəni obyektlərin dağıdılmasına dair alternativ hesabatına da istinad edib.

  1. Qəbristanlıqların, o cümlədən qədim qəbrsitanlıqların (azərbaycanlılara məxsus)
    vəziyyəti nə yerdədir. Dövlət bu istiqamətdə hansı tədbiləri həyata keçirir?
  2. Komitəyə məlumat daxil olub ki, Ermənistan ərazilərindəki yer adlarını və
    toponimləri dəyişərək erməni mənşəli adlar qoyub Bu barədə nə deyə bilərsiz?
  3. Komitəyə məlumat daxil olub ki, Ermənistan abidələri təmir edərkən ona
    dəyişiklik edir və təyinatını və mənsubiyyətini dəyişir Bununla bağlı Ermənistanın
    nümayəndə heyəti nə deyə bilər?

Ermənistan nümayəndə heyəti suallardan yayınmış və ümumi şəkildə biz bu barədə
eşitməmişik kimi absurd cavab vermişdir.