Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi İstehsalatda Bədəbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sistemi. Mövcud vəziyyətin monitorinqi” adlı layihənin icrası davam  etdirir.

Layihə çərçivəsində  əmək bazarında işçilərin ədalətli və əlverişli əmək şəraitinin təmin olunması, o cümlədən onların bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyətin öyrənilməsi və müvafiq hesabatın və  tövsiyə sənədinin hazırlanmas nəzərdə tutulur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2016-cı ilin  aprel-iyul ayları ərzində xüsusi metodologiya əsasında və müxtəlif monitorinq alətləri tətbiq etməklə istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin minimuma endirilməsi üçün həyata keçirilən tədbirlər, onların nəticələri, problemlər və onu doğuran səbəbləri öyrənmiş və monitorinqin nəticələrinə uyğun hesabat hazırlamışdır.

Hesabat Qanunvericiliyin təhlili,  Qanunvericiliyin tətbiqi praktikası və  Siyasətin formalaşmasına dair tövsiyələr hissələrindən ibarətdir.

Monitorinq nəticəsində müəyyən edilmişdir ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığortaya dair qanunvericiliyin tətbiqindən 6 ilə yaxın vaxt keçir və bu müddət ərzində əhəmiyyətli proqres vardır.  İstehsalatda bədbəxt hadisə nəticəsində peşə-əmək qabiliyyətini qismən itirən şəxslər və ya bu hadisə nəticəsində həlak olanların ailələri qanunvericiliklə müəyyən edilmiş, birdəfəlik və ya aylıq kompensasiyaları alır və  onların müaicə xərcləri sığorta şirkətləri tərəfindən qarşılanır.

Buna  baxmayaraq bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. Belə ki, formal əmək bazarı üzrə  göstəricilərə nəzər saldıqda görünür ki, 2015-ci ildə sığorta olunanların sayı 1 067 600 nəfər təşkil etmişdir. Halbuki, rəsmi statistikaya görə məşğul əhalinin sayı 4 milyon 556 nəfərdir.

Beləliklə 2015-ci ildə faktiki məşğul olub icbari sığortaya cəlb olunmyanların sayı 3 488 400 nəfər təşkil etmişdir. Bu şəxslər sığorta hadisəsi baş verdikdə əksəriyyət hallarda kompensasiya ala bilmirlər. Belə ki, sığorta olunmayan işçilərin sağlamlığına dəyən ziyanın əvəzini işəgötürən ödəməlidir. Əmək müqaviləsi olmadan işləyən və qeyri-formal əmək bazarının iştirakçısı olan işçilər təbii ki, hadisə baş verdikdə onu məhkəmə qaydasında sübut etməlidir. Bu isə praktiki baxımdan  olduqca çətindir.

Formal əmək bazarı üzrə göstəricilər də o qədər yaxşı deyildir. Belə ki, əmək müqaviləsi üzrə işləyənlərin 28,6 %-I istehsalatda bədbəxt hadisə və peşə xastəlikləri hallarından icbari sığorta olunmamışdır. Baxmayaraq ki, İnzibati Xətalar Məcəlləsində  işçilərini bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etməyən hüquqi şəxs 5000 manat cərimə olunur. Yoxlamalara qoyulan moratoriumdan sui-istifadə halları çoxalmaqdadır.

Əmək müqaviləsi ilə işləyənlərin sayını yuvarlaq olaraq 1,5 milyon qəbul etsək, onlardan 900 min nəfəridən çoxu dövlət sektirunda 600 minə qədəri isə özəl sektordadır. Bu 600 min nəfərin əksəriyyəti ilə əmək müqaviləsi ikili mühasibatlıq əsasında bağlanıb, yəni faktiki əmək haqqı ilə əmək müqaviləsində göstərilən əmək haqqı arasında bəzən bir neçə dəfə fərq olur.

3 milyon məşğul insan isə əsasən ağağıdaklra aiddir:

  • Mülki-hüquqi müqavilə ilə işlər və xidmətlər həyata keçirənlər;
  • Qeyri-formal əmək bazıarı iştirakçıları;
  • Pay torpaq mülkiyyətçisi və onun əmək qabiliyyətli ailə üzvləri

 

Bununla belə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının əvvəlki illərdə həyata keçirdiyi təhlillərə əsasən qeyd etmək mümkündür ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sisteminin tətbiqinin effektivliyi artmaqdadır. 2015-ci ilə ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri halları üzrə sığorta ödənişləri 2 429 300 manat təşkil etmişdir.

Rəsmi statistikaya görə 2015-ci ildə  qeydə alınmış  istehsalatda bədbəxt hadisələrin sayı 161 nəfər olmuşdur. Onlardan 111 nəfər müxtəlif dərəcəli xəsarət alımış, 50 nəfər isə bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

Peşə xəstəliklərr göstəricilər əvvəlki illərdə olduğu kimi 2015-ci il də də Səhiyyə Nazirliyi tərəfindən açıqlanmamışdır.

Monitorinqin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlanmışdır. Hesabat və tövsiyələr maraqlı tərəflərə təqdim ediləcəkidir.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

Azərbaycan, Bakı şəhəri, AZ1078, Ə.Hüseynov küçəsi,

1061-ci məhəllə, ev 7,  mənzil 347

Telefon: +(994 12) 530 86 25

 Mobil :  +(994 50) 314 49 15

e-mail : sahib.mammadov@gmail.com