- Azərbaycanda alternativ həmkarlar ittifaqlarının yaradılması və sosial-iqtisadi hüquqlar
Bu layihə çərçivəsində aparıcı sənaye sahələrinin işçiləri və həmkarlar ittifaqları fəalları üçün 10 treninq-seminar təşkil olunmuş və “Həmkarlar ittifaqı təşkilatını necə yaratmalı” adlı soraq kitabçası hazırlanaraq nəşr olunmuşdur. Layihə ABŞ İctimi Əlaqələr Seksiyası (USPAS) tərəfindən maliyyələşdirilmişdir. Layihə 1999-cu ildə həyata keçirilmişdir.
- İnsan hüquqlarını müdafiə edən QHT fəalları üçün insan hüquqlarına dair seminarların təşkili
Bu layihə çərçivəsində İnsan hüquqlarını müdafiə edən QHT fəalları üçün 8 seminar təşkil olunmuşdur. Layihə ABŞ İctimi Əlaqələr Seksiyası (USPAS) tərəfindən maliyyələşdirilmişdir. Layihə 1999-cu ildə həyata keçirilmişdir.
- Regionlarda İcma Əsaslı təşkilatların yaradılması
Bu layihə qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və İnsan Hüquqları üzrə Resurs mərkəzi ilə birgə həyata keçirilmişdir. Layihə çərçivəsində Respublikanın 4 regionunda 46 QHT və İcma Əsəaslı Təşkilat (CBO) yaradılmışdır
- Sosial-iqtisadi hüquqların təlimi
Bu layihə ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən maliyyələşdirilmişdir. Layihə çərçivəsində ümumi tiracı 30000 olmaqla 6 adda yaddaş nəşr olunmuşdur. Layihə çərçivəsində həmçinin Kollektiv müqavilələri necə bağlamalı adlanan broşura hazırlanaraq 600 tirajla nəşr olunmuşdur. Yaddaşlar və kitabçalar işçilər və həmkarlar ittifaqları fəalları arasında yayılmışdır. Layihə 2000 –ci ildə həyata keçirilmişdir
- Əmək Hüquqlarına dair soraq kitabının nəşri
Bu layihə çərçivəsində Azərbaycan (2000 tiracla) və Rus (500) dillərində işçilər və həmkarlar ittifaqları fəalları üçün iri həcmdə soraq kitabı hazırlanaraq nəşr edilmişdir. Layihə Vestminister Demokratiya Fondu tərəfindən maliyyələşdirilmişdir. Layihə 2001-ci ildə həyata keçirilmişdir
- Ombudsman təsisatı: Ona necə müracət etməli
Bu layihə çərçivəsində Azərbaycanın 5 regionunda seminarlar təşkil olunmuş və “Ombudsman təsisatı: Biz onun haqqında nə bilirik” adlı kitab hazırlanarq (tiraj 2000)
Nəşr olunmuşdur. Laihəni Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilmişdir. Layihə 2001-ci ildə həyata keçirilmişdir
- Bakıda və Regionlarda əhalinin təminatsız hissəsinə pulsuz hüquqi yardımların edilməsi
Layihə çərçivəsində Bakı şəhərində və ölkənin daha 3 regionunda əhaliyə pulsuz hüquqi yardımlar g.stərilmişdir. Layihə çərçivəsində 1800 nəfər hüquqi yardım ( o cümlədən məhkəmələrdə müdafiə işi də daxil olmaqla) almışdır. Layihə Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu tərəfindən maliyələşdirilmişdir. Layihə 2001-2002-ci illərdə həyata keçirilmişdir və hazırda yenidən davam etdirilir. Hazırda layihə ölkənin 6 regionunu əhatə edir.
- Neft fondları: yaranması, fəaliyyəti və inkişafı
Layihə çərçivəsində Bakıda Beynəlxalq Konfrans keçirilmişdir. 130 nəfərin iştirak etdiyi Konfransda ABŞ, Ukraina, Qazaxstan, Gürcüstan və s. Ölkələrdən gəlmiş görkəmli mütəxəssislər, Beynəlxalq Valyuta Fondunun, Transmilli korprasiyaların nümayəndələri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri təmsil olunmuşdur. etmişdir. Konfransın nəticələrinə dair azərbaycan və ingilis dillərində kitab hazırlanaraq 1000 tirajla nəşr olunmuşdur. Layihəni Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu maliyyələşdirmişdir. Layihə 2002-ci ildə həyata keçirilmişdir.
- Azərbaycanın sülhyönümlü inkişafı. Problemlər və imkanlar (neft sənayesi üzrə hesabat)
Layihə çərçivəsində Azərbaycanda total neft əməliyyatlarının sosial, ekoloci və hüquqi aspektlərinə dair hesabat hazırlanmışdır. Hesabatın hazırlanması üçün maliyyə yardımını International Alert təşkilatı ayırmışdır. Layihə 2002-ci ildə həyata keçirilmişdir.
- Qeyri-Hökumət Təşkilatları fəalları üçün treninq-seminarların təşkili və yaddaşların nəşri
Bu layihə çərçivəsində Azərbaycanın 6 sənaye regionunda 4 günlük treninq-seminarlar təşkil olunmuşdur. Treninq-seminarlar əmək hüquqlarına həsr olunmuşdur. Layihə çərçivəsində əmək hüquqlarına dair soraq kitabı (1000 tirajla), əmək haqlarının və müavinətlərin ödənilməsi adlı kitabça (3000 tirajla) və 5 adda və ümumi tirajı 50000 olmaqla Fərdi əmək kontraktları,İstirahət və məzuniyyət hüququ, Fərdi əmək mübahisələrinin həlli qaydaları,Əməyin və sağlamlığın mühafizəsi,i,Qadınların əmək hüququ adlı kiçik həcmli yaddaşlar hazırlanaraq nəşr olunmuşdur.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq sosial-iqtisadi hüquqlara dair internet səhifəsi də yaradılmışdır. Layihəni Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi maliyyələşdirmişdir.
- Cənub Qafqaz Respublikalarının hüquqmüdafiə təşkilatlarının əməkdaşlığı region yollarında sürücülərin hüquqlarının müdafiəsində effektiv vasitədir.
Layihə çərçivəsində Gürcüstanda yerləşən partnyor təşkilat “Yol, sürücü, ədalət” birliyi ilə birgə Azərbaycandan Gürcüstana, yaxud əksinə daxil olan sürücülərə informativ və hüquqi yardımlar göstərilmişdir. Layihəni Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Regional Nümayəndəliyi maliyyələşdirmişdir.
- Bakıda və Regionlarda əhalinin təminatsız hissəsinə pulsuz hüquqi yardımların edilməsi
Layihə çərçivəsində Bakı şəhərində və ölkənin daha 5 regionunda əhaliyə pulsuz hüquqi yardımlar g.stərilmişdir. Layihə çərçivəsində 2500 nəfərdən artıq şəxs hüquqi yardım ( o cümlədən məhkəmələrdə müdafiə işi də daxil olmaqla) almışdır. Layihə Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu tərəfindən maliyələşdirilmişdir.
- Total neft əməliyyatları zamanı sosial risklərin azaldılması
Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində yaradılmış informasiya və hüquqi yardım mərkəzlərinin əsas vəzifəsi neft əməliyyatlarına, o cümlədən Bakı-Tibilisi-Ceyhan neft kəmərinin tikintisinə cəlb olunmuş işçilərə, və tikintinin həyata keçirilməsi üçün icarəyə götürülmüş torpaqların mülkiyyətçilərinə hüquqi yardımlar göstərmək və tikintiyə dair məlumatları əldə edərək yaymaq olmuşdur. Layihə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən maliyyələşdirilmişdir.
- “Əmək hüquqları üzrə hüquqi yardım mərkəzinin yaradılması və “əmək münasibətlərini tənzimləyən sənədlər” adlı soraq kitabının hazırlanması”
Layihənin əsas məqsədləri Əmək sferasında insan hüquqlarının pozulması hallarının azaldılması,Əmək hüquqları pozulan şəxslərə pulsuz hüquqi yardımların, o cümlədən məhkəmələrdə müdafiənin təşkili,İşçilərlə işəgötürənlər arasında dialoqun yaradılmasına yardım,Vətəndaş cəmiyyətinin qurulması üçün əhalinin hüquqi maarifləndirilməsi olmuşdur.
Layihəni Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi maliyyələşdirir.
- Azərbaycan Respublikasında informasiyaya çıxışın təmin olunma vəziyyəti. Monitorinq və kampaniyaların təşkili-Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu (Budapeşt).2005-2006
- Kəmərlərin keçdiyi ərazilərdə mobil müşahidə qruplarının yaradılması-Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu 2005-ci il.
- Neft əməliyyatlarının təsirlərinə məruz qalan ərazilərdə vətəndaş nəzarəti qruplarınin yaradılması- Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu 2007-ci il.
Azərbaycan respublikasında sərbəst toplaşma azadlığınin monitorinqi- Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu (Budapeşt). 2007
- Azərbaycan Respublikasında daşınmaz Əmlak-ATƏT-in Bakı ofisi-2007
- Sorğuçuların və informasiya sahiblərinin informasiya sorğusu vermək və sorğuları cavablandırmaq sahəsində bilik, bacarıq və məlumatlılıqlarının artırılması-Korrupsiyaya Qarşı Mübarizə Komissiyası-2008
- Təhlükəsiz əmək şəraitinin təmin olunması sosial tərəfdaşlığın formalaşmasında ən mühüm vəzifə kimi- AR Prezidenti yanında QHT-lərə DD Şurası
- Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət Planının icrasına hökumət nəzarətinin alternativ monitorinqinin keçirilməsi- USAİD, Kounterpart İnternational
- Əməkçi Miqrantların insan hüquqlarının təmin olunmasına dəstək- Açiq Cəmiyyət İnstitutu-Yardim Fondu (Nyu-York) Mərkəzi Avrasiya Layihəsi
- Azərbaycanda Peşə təşkilatları və yerliözünü idarə qurumlari (Siysət sənədinin hazirlanması)- Açiq Cəmiyyət İnstitutu-Yardim Fondu (Azərbaycan)
- Avrpaya inteqrasiya edən Azərbaycanda məşğulluq siyasəti- Açiq Cəmiyyət İnstitutu-Yardim Fondu (Azərbaycan)