Avrasiya Əməkdaşlıq Fondu tərəfindən reallaşdırılan və Niderland Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən qrant proqramı çərçivəsində Avrasiya Əməkdaşlıq Fondu  tərfindən ayrlıan  qrant vəsaiti üzrə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “Cəza Çəkmə müəssələrində cəza çəkən  və həssas qrupa daxil olan məhkumlarının sosial problemlərinin həllinə yönələn ictimai vəkillik” layihəsini icra edir. Layihənin icrasına 12 yanvar 2016-cı il tarixindən başlanılmışdır.

Layihə çərçivəsində Penitansiar Xidmətin Cəzaçəkmə müəssələrində həssas qrupa daxil olan məhkumların, o cümlədən əlilliyi olan məhkumların hüquqlarının təmin olunma vəziyyətinin monitorinqi keçirilir, bu kateqoriyadan olan məhkumlara hüquqi yardımlar göstərilir və onlara öz hüquqlarına dair maarifləndirici matreallar təqdim edilir.

Layihənin icrası dövründə həmçinin Ədliyyə Naziri yanında İctimai Komitənin veb səhifəsinin yaradılması nəzərdə tutulur.

Layihənin icrası dövründə “ Həssas qrupa daxil olanməhkumlarin hüquqlari” adlı yaddaş hazırlanaraq nəşr olunmuşdur.

Layihəyə cəlb edilmiş hüquqşünasların iştirakı ilə CÇM-də monitorinqlərin keçirilməsi və hüquqi yardımların göstərilməsi istiqamətində fəaliyyətə başlanılmışdır. Penitensiar Xidmətin 16 və 14 saylı müəssisələrində monitorinqlər keçirilmiş və hüquqi yardımalr göstərilmişdir.

Hazırda bu fəaliyyət davam etdirilir.

İctimai Komitənin veb səhifəsinin yaradılması üçün təşkilati və texniki işlərin icrasına başlanılmışdır. Ədliyyə Nazirliyi veb səhifənin yaradılmasında  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqaına zəruri yardımlar (matreallarla təchizat  və s.).