logoNiderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.

Bu layihə çərçivəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ekspert Sahib Məmmədovla Avrasiya Əməkdaşlıq Fondu arasında imzalanmış 07 mart 2017-ci il tarixli müqavilə əsasında həyata keçirilən “İctimai İştirakçılıq. Mövcud vəziyyətin öyrənilməsi və yeni təşəbbüslərin dəstəklənməsi” adlı sifariş çərçivəsində Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında nəzərdə tutulmuş “İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi”tədbirinin icra vəziyyətinin monitorinqi keçirilir.

Monitorinq nəticəsində “İctimai İştirakçılıq” haqqında Qanunun tətbiqi vəziyyəti öyrənilməsi nəzərdə tutulur.

“İctimai İştirak Haqqında” Qanunun tətbiqi praktikası, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən İctimai Şuraların fəaliyyəti aşağıdakı göstəricilər üzrə təhlil edilmişdir:

– Fəaliyyət göstərən İctimai Şuralar qanunvericiliyə tam əməl edilməklə yaradılmışdırmı?

-Bu Şuraların formalaşmasında rəqabətlilik və şəffaf seçkilər təmin edilmişdirmi?

-Bu Şuraların səlahiyyət müddətləri bitdikdən sonra yenidən seçilməsi prosesi həyata keçirilirmi?

-İctimi Şuraları formalaşıdır dövlət orqanları qanunvericilikdə öz üzərlərinə düşən vəzifələri tam olaraq yerinə yetirirmi?

-İctimai Şuraların mövcud olduğu dövlət orqanlarının rəsmi veb səhifəsində İctimai Şura üçün  xüsusi bölmə yaradılbmı?

-İctimai Şuralar illik hesabatlarını hazırlayırmı və onu dərc edirmi?

-İctimi Şuraların özlərinə məxsus veb səhifələri və ya sosial şəbəkələrdə səhifəəri varmı?

-Mövcud İctimai Şuralar sərbəst fəaliyyət göstərə bilirmi?

 

Nəticələr əsasında hesabat hazırlanacaqdır. Hesabat maraqlı tərəflərin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasında müzakirə ediləcək və maraqlı tərəflərə təqdim ediləcəkdir.