Labour-qubaAmerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vasitəsilə Amerika xalqının dəstəyi ilə  Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və Konstitusiya araşdırmaları Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkilnin (Ombudsman) regional mərkəzləri ilə birgə “Hüquqi yardım almaq hüququ: Mövcud vəziyyət  və problemlər” mövzusunda ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası dövründə  Şəki və Gəncə şəhərlərində ictimai müzakirələr təşkil olunmuşdur. 30 aprel 2014-cü il tarixində Quba şəhərində keçirilən növbəti tədbirə Vəkillər, QHT-lər (hüquqi xidmət göstərən QHT-lərini hüquqşünasları), Icra Hakimiyyətinin, Bələdiyənin,Notariat kontorlarının, Ombudsman regional Mərkəzinin, Məhkəmənin, Prokurorluğun, Daxili İşlər İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarının,Dövlət Sosial Müdafiə Fondunun və s. qurumların nümayəndələri dəvət edilmişdir. İctimai müzakirəyə həmçinin Kütləvi İnformasiya Vasitələri də dəvət edilmişdir.

İctimai Müzakirənin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində qeyd olunmuş hüquqların ədalətli məhkəmə tərəfindən müdafiəsinin, hüquqi yardımın göstərilməsi və onun təşkili yolu ilə hüquqi yardıma sərbəst və bərabər çatımlılığın təmin edilməsi vəziyyətinin öyrənilməsi və mövcud problemləri müzakirə etməkdir.

Tədbirdə müvafiq  dövlər orqanlarını və vətəndaş cəmiyyətini təmsil edən 30 nəfərə qədər nümayəndə iştirak etmişdir.

Quba rayon Məhkəməsinin hakimi Zamin Tahirov, Vəkil bürosunun müdiri Abusalah Şahmirzəyev, Prokuror köməkçisi Rövşən Ağayev, vəkil İbrahim Aslanov, digər maraqlı tərəflərin nümayəndələri, QHT rəhbərləri çıxış edərək çoxsaylı problemlər barədə məlumat vermiş və təklif və tövsiyyələr irəli sürmüşlər.

 İctimai müzakirələrin nəticəsi olaraq konsepsiya sənədi və tövsiyyələr hazırlanacaq və maraqlı tərəflərə, o cümlədən Milli Məclisə, Ədliyyə Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), digər aidiyyatı dövlət orqanlarına təqdim ediləcəkdir.

Quba  şəhəri                                                                                                                                                                                                                                      30 aprel 2013

 

Əlaqə:    Sahib Məmmədov

Telefon: 050 314 49 15

e-mail: sahib.mammadov@gmail.com