VEHMKVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 31 mart-11 aprel 2014-cü il tarixlərində keçirilən 11-ci sessiyasında iştirak etmək üçün İsverçrənin Cenevrə şəhərinə gəlmişdir. Həmin sessiyada Azərbaycan hökumətinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdaifəsi haqqında Konvensiya” üzrə öhdəliklərinin təmin olunması ilə bağlı ilk hesabatı dinlənilir. Komitə hesabatla bağlı Azərbaycanın rəsmi nümayəndə heyətinin hesabatını dinləyərək və müzakirə edərək hökumətə ümümi xarakterli qeyd şərtlər təqdim edəcəkdir. Sənəddə Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətinə hökumətə tövsiyyələr təqdim ediləcəkdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası komitəyə hesabat təqdim etmişdir.

Sahib Məmmədov 01 aprel tarixində Azərbaycanla bağlı dinləmələr ərəfəsində Komitə üzvləri üçün təşkil olunan brifinqdə iştirak etmiş və bəyanatla çıxış etmişdir. O Azərbaycanda Əlilliyi olan şəxslərin əsas problemləri barədə məlumat vermiş və  Konvensiya üzrə öhdəliklərin yerinə yetirilmədiyini vurğulamışdır. Brifinqdə iştirak edən digər QHT rəhbərləri ilə birgə Komitə üzvlərinin çoxsaylı suallarını cabalandırmışdır.

S. Məmmədov 01-02 aprel tarixlərində sessiyanın işində iştirak edəcək və 03 aprel tarixində bir sıra görüşlər keçirəcəkdir.

VƏHML Komitənin Azərbaycan hökumətinə ünvanlayacağı tövsiyyələrin izlənilməsini (follow up) həyata keçirməyi planlaşdırır.

Bu fəaliyyətlər Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Hüquqlar Konsorsiumu (AHK) layihəsində Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan Beynəlxalq vəkillik mexanizmlərindən istifadə fəaliyyəti çərçivəsində həyata keçirilir.

Əlaqə:    Sahib Məmmədov

Telefon: 050 314 49 15

e-mail: sahib.mammadov@gmail.com