IMG_3831Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.

Bu layihə çərçivəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ekspert Sahib Məmmədovla Avrasiya Əməkdaşlıq Fondu arasında imzalanmış 07 mart 2017-ci il tarixli müqavilə əsasında həyata keçirilən “İctimai İştirakçılıq. Mövcud vəziyyətin öyrənilməsi və yeni təşəbbüslərin dəstəklənməsi” adlı sifariş çərçivəsində Gəncə şəhərində yerli icra hakimiyyəti, yerli özünüidarə orqanları və regionun vətəndaş cəmiyyəti nümayənələrinin iştirakı ilə “İctimai İştirakçılıq. Yerli qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda müzakirələr keçirilmişdir.

Müakirələrdə Ombudsman aparatının rəhbəri ekspert Aydın Səfixanlı və ekspert Sahib Məmmədov müzakirə üçün məruzələr təqdim etmişdir.

Ekspert Aydın Səfixanlı “İştimai İştrakçılıq haqqında. Azərbaycanda iştimai iştirakçlıq modelləri və formaları” mövzusunda çıxış etmişdir. Daha sonra bu mövzu ilə və  yerli qərarların qəbulunda vətəndaşların iştirak imkanları ilə bağlı müzakirələr olmuşdur.

Gəncə, Qazax, Şəmkir, Samux və Tovuzdan olan vətəndaş cəmiyyəti nümayəndələri vətəndaş cəmiyyətinin yerli qərarlara təsir etmək imkanlarından və üsullarından danışmış və uğurlı nəticələrdən misallar göstərmişdir. Eynizamanda yeli icra hakimiyyətləri tərəfindən ictimi şuraların yaradılmasında problemlərin olduğunu göstərmişlər. Gəncə şəhər icra hkimiyyətinin və Gəncə bələdiyyəsi nümaynəndələrinin maraqlı çıxışları olmuşdur.

Almaniya Əməkdaşlı Təşkilatının yerli özünüidarə proqramının regional proqram rəhbəri, Qazax İnsan hüquqları Resurs Mərkəzinin, Şəmkir Milli QHT Formu regional nümayəndəliyinin rəhbəri və digər Vətəndaş cəmiyyəti nümayəndələri konkret təkliflər irəli sürmüdür.

Tədbirin yerli təşkilatçısı “Gəncə regional qadın mərkəzi”-nin sədri Məleykə Əlizadə olmuşdur.

Növbəti regional toplantı Qəbələ şəhərində təşkil olunacaqdır. Sonda Bakı şəhərində Açıq hökumətin təşviqi üzrə hökumət-vətəndaş cəmiyyəti dialoq platformasında yekun müzakirələr təşkil olunacaq və monitorinq hesabatı təqdim ediləcəkdir.

IMG_3821 IMG_3827 IMG_3940 IMG_3942 IMG_3950