21 iyul 2010-cu il tarixində Hacqabul rayon məhkəməsində Hakim Malik Qarayevin sədrliyi ilə başlanmış, 14 nəfər torpaq mülkiyyətçisinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı strateji məhkəmə prosesi 18 avqust və 06 sentryabr tarixlərində davam etmişdir. Xatırladırıq ki, 2007-ci ilin fevral ayında başlayaraq Şahdəniz yatağından hasil olunan qazın Hacqabul Qaz-Kompressor Stansiyasına nəql olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti Tərəfindən Sanqaçal-Hacıqabul Qaz Boru Kəmərinin tikintisinə başlanılmışdır. Tikintinin bir hissəsi xüsusi mülkiyyətdə olan torpaq sahələrini kəsib keçir. Bunula belə Dövlət Neft Şirkəti özəl torpaq sahələrində tikintiyə başlayarkən mülkiyyətçilərə hər hansı xəbərdarlıq etməmiş, əkilmiş torpaq sahələrini məhv edərək diametri 1200 mm olan qaz kəmərinin tikintisini həyata keçirmişdir. Mülkiyyətçilərə hər hansı kompensasiya ödənilməmişdir. Beləliklə 2007-ci ildən başlayaraq xüsusi mülkiyyətdə olan torpaqların bir hissəsi de-fakto (faktiki olaraq) özkənikiləşdirilmsişdir.
Hazırda tikinti başa çatmışdır və həmin kəmər istismar olunur. Bununla belə kəmərin keçdiyi zolaqda və mühafizə zonasında hər hansı təsərrüfat işlərinin görülməsinə icazə verilmir. Kəmər keçən zolaq və daş döşənmiş yol da daxil olmaqla iddiaçıların üst-üstə 345 660 kvadrat metr torpaq sahəsi zəbt olunmuşdur. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası hesab edir ki, Dövlət Neft Şirkətinin mülkiyyətdə olan torpaq sahələrində tikinti aparması və yol çəkməsi qanunsuz müdaxilədir və mülkiyyətdə olan torpaqların özbaşına zəbt olunmasıdır.
06 Sentyabr 2010-cu il tarixindəiddiaçıların və cavabdehlərin nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmə iclasında Sahib Məmmədov vəsadət verərək cavabdeh tərəfin torpaq sahələrinə müdaxiləsinə əsas verən hüquqi sənədləri məhkəməyə təqdim etməsini tələb etmişdir.
Məhkəmə vəsadəti təmin edərək 1 həftə ərzində zəruri sənədələrin təqdim edilməsinə dair qərardad qəbul etmişdir. Məhkəmə bir həftədən sonra davam edəcəkdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası mülkiyyətçilərin maraqlarının təmin olunması məqsədi ilə məhkəməyə təqdim etdiyi iddiaüzrə tələb olunan kompensasiyaların ümumi miqdarı 309 755 manat (387 500 ABŞ dolları) təşkil edir.
Lakin məhkəmə tərəfindən qəbul olunacaq qərar prisident yaradacaqdır. Bu tikintiyə görə torpaqları zəbt olunmuş çoxsaylı mülkiyyətçilər vardır.
VƏHML Oktyabr ayından başlayaraq Neft Şirkətinə qarşı yeni strateji məhkəmə çəkişməsi üçün növbəti iddia hazırlayacaqdır. Neft Şirkəti Qalmas 47-ci km-dən Qazmamməd şəhərinə çəkdiyi diametri 1200 mm olan qaz kəməri xüsusi mülkiyyətdə olan torpaq sahələrindən keçir. Mülkiyyətçilərə hər hansı kompensasiya ödənilməmihdir.