“Hüquqi və fiziki şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə maarifləndirici tədbirlərin təşkili” layihəsi davam edir

“Hüquqi və fiziki şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə maarifləndirici tədbirlərin təşkili” layihəsi davam edir

logoAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata keçirilən “Hüquqi və fiziki şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində  bilik və bacarıqlarının artırılması məqsədi ilə maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında Qeyri-rəsmi Məşğulluğun Qarşısının Alınmasında Dair Tədbirlər Planı”nın 5-cı bölməsi “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” bölməsinin icrası ilə bağlı mövqe sənədi hazırlanmışdır.

Tədbirlər Planının (TP) 5-ci bölməsində əks olunan qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı fəaliyyətlərin icrası ilə bağlı snəd hazırlanarkən aşağıdakı alət və üsullardan istifadə edilmişdir.

Məsul orqanlara yazılı informasiya sorğularının göndərilməsi

Qanunvericiliyin təhlili

Fəaliyyətlərin təhlili

Açıq mənbələrdə yerləşdirilən və Tədbirlər Planının 5-ci bölkməsinin icrasını əks etdirən məlumatların təhlili

Sənəd hazırlanarkən yuxarıda göstərilən bütün üsullardan və alətlərdən istifadə edilmişdir.

Tətbiq olunan alət və üsullar əsasında əldə edilən məlumatlar ümumiləşdirilmiş və yekun qənaətlər və tövsiyələr hazırlanmışdır.

Qeyri-rəsmi məşğulluğun məhdudlaşdşrlması istiqamətində ən vacib fəaliyyətlərdən biri də təbliğat və maarifləndirmədir. Tədbirlər Planında təbliğat məsləsinə ciddi əhəmiyyət verilməsi də bununla bağlıdır. Yuxarıdakı alətlərin tətbiqi nəticəsində müəyyən edilmişdir ki, Tədbirlər Planının “ Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili”bölməsində nəzərdə tutulan təbliğat işləri o cümlədən geniş məlumatlandırma və maaarifləndirmə tədbirlərinin icrası ilə cavadeh qurumların fəaliyyəti bütövlükdə qənaətbəxş deyildir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası hazırladığı hesabatı tezliklə internet informasiya resurslarında yayacaq, onun e-versiyasını müşayət məktubu ilə aidiyyatı dövlət orqanlarına təqdim edəcəkdir.

 

VƏHML