Son xəbərlər
- Azərbaycan QHT-ləri Cenevrədə Ermənistan dövlətini irqçilikdə ittiham etdi
- Sahib Məmmədov BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyasında bəyanatla çıxış etmişdir
- Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və
Tədqiqat İctimai birliyi komitəyə Ermənistan tərəfindən Paktın 15-ci maddəsinin
pozulması, Ermənistanda Azərbaycan xalqına qarşı nifrət təbliğatına və irqçi
siyasətə dair iki alternativ hesabat təqdim etmişdir - “Hüquqi və fiziki şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə maarifləndirici tədbirlərin təşkili” layihəsi davam edir
- Monitorinq hesabatı təqdim edilmişdir
-
Azərbaycan Hüquqları Konsorsiumu layihəsi “Hüquqi yardım almaq hüququ: Mövcud vəziyyət və problemlər” mövzusunda ictimai müzakirə keçirilmişdir
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vasitəsilə Amerika xalqının dəstəyi ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və Konstitusiya araşdırmaları Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkilnin (Ombudsman) regional mərkəzləri ilə birgə “Hüquqi yardım almaq hüququ: Mövcud vəziyyət və problemlər” mövzusunda ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdur.
-
BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında iştirakla bağlı açıqlama
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 31 mart-11 aprel 2014-cü il tarixlərində keçirilən 11-ci sessiyasında iştirak etmək üçün İsverçrənin Cenevrə şəhərinə gəlmişdir.
-
“Qadınlara qarşı zorakılığn aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi
Qadın İştirakçılığı Proqramı. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən 2012 –ci ildən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarşı zorakılığn aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi davam edir.
-
Azərbaycan Hüquqları Konsorsiumu layihəsi
Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunma vəziyyətinə dair Analtik hesabatın hazırlanması və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində beynəlxalq vəkilliklə bağlı fəaliyyətlərə başlanılmışdır.
-
Strateji məhkəmə çəkişməsi üzrə ekspetiza həyata keçirilə bilmir
Daşnmaz əmlaka olan hüquqları pozulmuş mülkiyətçilərin Dövlət Neft Şirkəti, Torpaq və Xəritəçəkmə Komitəsi və Maliyyə Nazirliyinə qarşı məhkəmə işi davam etməkdədir.Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının təyin etdiyi əlavə ekspertiza həyata keçirilə bilmir.
-
Hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətlər Ombudsmanla müzakirə olunub
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ədliyyə Naziri yanında Penitensiar Xidmətə İctimai Nəzarəti həyata keçirən Komitə ilə əməkdaşlıq etməklə məhkumlara hüquqi yardımların göstərilməsini davam etdirir. Açıq Cəmiyyət İnstitutu İnsan Hüquqları və İdarəetmə Qrant Proqramı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində göstərilən hüquqi yardımlar təkcə cəzaçəkmə müəssisələrində həyata keçirilmir. Hüquqi yardımı göstərəh şəxslər məhkumların problemlərinin həlli məqsədi ilə sonrakı fəaliyyətləri də həyata…
-
Korrupsiyaya qarşı effektiv mübarizə aparan dövlət qurumlarının adları açıqlandı
2011-ci ilin sonunda “Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın Həyata Keçirilməsi ilə Bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”nın icrası başa çatır.
-
Şirvan Apelyasiya Məhkəməsi Maliyyə Nazirliyinin Apelyasiya şikayətini rədd etdi
Məhkəmə torpaq mülkiyyətçilərinə kompensasiyanın Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Hacıqabul rayon məhkəməsi Məmmədov Yunis və qeyriləri Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “Xüsusi Mülkiyyətdə olan torpaq sahələrində dövlət ehtiyacları üçün tikinti işlərinin aparılması və həmin torpaqlardan istifadə imkanının məhdudlaşdırılması ilə bağlı kompensasiyaların ödənilməsinə dair” iddia üzrə “iddianın qismən təmin edilməsinə dair”…
-
Hacqabul rayon məhkəməsi mülkiyyətçilərin iddiasını təmin etdi
09 sentyabr 2011-ci il tarixində Hacqabul rayon məhkəməsində Məmmədov Yunis və qeyriləri Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “Xüsusi Mülkiyyətdə olan torpaq sahələrində dövlət ehtiyacları üçün tikinti işlərinin aparılması və həmin torpaqlardan istifadə imkanının məhdudlaşdırılması ilə bağlı kompensasiyaların ödənilməsinə dair” iddiası üzrə növbət məhkəmə iclası keçirilmişdir.
-
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Fərdi Əmək Mübahisələrinin həlli ilə bağlı vəsait hazırlayır
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fərdi əmək mübahisələrinin həlli: Hüquqi və metodiki yardımların göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində hüquqi və fiziki şəxslərə fərdi əmək mübahisələrinin həlli istiqamətində məsələhətlər veriləcəkdir.