Maliyyə Nzairliyi torpaq mülkiyyətçilərinin kompensasiyalarını ödədi

Maliyyə Nzairliyi torpaq mülkiyyətçilərinin kompensasiyalarını ödədi

Vətəndaşların ƏməkHüquqlarını Müdafiə Liqası tərəfindən 4 il ərzində həyata keçirilən strateji məhkəmə çəkişməsininnəticəsi olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Hacqabul rayon Rəncbər kəndinin torpaq mülkiyyətçilərinə pul kompensasiyalarını da ödədi. Vəsait 14 nəfər hacqabul rayon Rəncbər kənd sakininin şəxsi hesablarına köçürülmüşdür. Bunula da Vətəndaşların ƏməkHüquqlarını Müdafiə Liqası tərəfindən 4 il ərzində həyata keçirilən strateji məhkəmə çəkişməsi tam başa  çatmışdır.

İlkin neftin qərb və şimal istiqamətində nəqli məqsədi ilə 1996-cı ildə Bakı-Subsa və Bakı-Novorossiyski neft ixrac kəməri bərpa olunmuş və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (hazırda operator bp korporasiyası) istifadəsinə verilmişdir. Eyni zamanda kəmərləin keçdiyi zolaqda olan torpaq sahələri aqrar islahat komissiyaları tərəfindən xüsusi mülkiyyətə verilmişdir. Həmin dövrdən 7200 nəfərdən artıq mülkiyyətçi mülkiyyətlərində olan torpaq sahələrindən istifadə hüququndan məhrum edilmişdir. 2006-cı ilin may ayında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası bir qrup Hacqabul rayonu Rəncbər kəndinin torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədi ilə bp korporasiyası, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı“xüsusi mülkiyyətdə olan torpaqların istifadəsinə və əldən çıxmış faydaya görə kompensasiyaların ödənilməsi və torpaqlar üzərində mülkiyyət hüququnun bərpası üçün” məhkəməyə iddia vermişlər.

Məhkəmə prosesi 4 ilə yaxın davam etmişdir.

Əvvəlcə Bakı şəhər Səbayel rayon məhkəməsi iddiaya baxmaqdan imtina edərək onu mülkiyyət hüquqlarının pozulduğu rayona-Hacqabul rayonuna göndərmişdir.

Hacqabul rayon məhkəməsi bir neçə ay davam edən məhkəmə çəkişməsindən sonra heç bir əsas gətirmədən 25 iyun 2007-ci il tarixində iddianı təmin etməmişdir.

Sonra Şiravn Apelliyasiya məhkəməsi uzun sürən məhkəmə prosesindən sonra 05 iyun 2008-ci ildə mülkiyyətçilərin iddaasını qismən təmin etmişdir. Məhkəmə ekspertizasının rəyinə əsaslanaraq torpaqların iddiaçılara məxsus olması və dəymiş zərərə görə kompensasiyaların ödənilməsinə dair qətnamə çıxarmışdır.

Qətnamənin qəulu prisident yaradırdı. Belə ki, kəmərlərin keçdiyi ərazilərdə torpaq mülkiyyəti olan 7200 şəxsin torpaqlar üzərində mülkiyyət hüququ təmin olunurdu.

Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qətnamə ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası Komitənin kassasiya şikayətinə baxaraq 17 0ktyabr 2008-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2008-ci il tarixli qətnaməsini ləğv etmiş və işi yenidən Şirvan Apellyasiya məhkəməsinə göndərmişdir.

Şirvan Apellyasiya Məhkəməsi isə öz növbəsində işə yenidən baxaraq yenidən torpaq mülkiyyətçilərinin xeyrinə qərardat vermiş və müəyyən etmişdir ki, mülkiyyət hüquqlarının pozulmasına görə məsuliyyəti Azərbaycan Hökuməti daşıyır. Məhkəmə kollegiyası mülkiyyətçilərə kompensasiyaların ödənilməsini Maliyyə Nazirliynin üzərinə qoymuşdur.

Maliyyə Nazirliyi Qərardadla razılaşmayaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti vermişdir.

Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 30 iyun 2009-cu il tarixində məhkəmə iclası keçirərərək Maliyyə Nazirliynin kassasiya şikayətini rədd etmiş və Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

Maliyyə Nazirliyi bundan sonra da məhkəmə qərarını icra etmək istəməmiş və Əlavə Kassasiya Şikayəti vermişdir.

Ali Məhkəmə əlavə Kassasiya Şikayətinə baxmaqdan imtina etmiş və şikayət üçün Mülki Prosessual Məcəllənin 424-cü maddəsində göstərilən əsasların olmadığını bildirmişdir. Bununla bağlı Maliyyə Nazirliynə rəsmi məlumat verilmişdir.

Beləliklə 4 ilə qədər dama edən məhkəmə prosesi prisident yaratmışdır. Hazırda 7200 nəfər mülkiyyətçi öz torpaqlarından maneəsiz istifadə hüququnu təmin etmişdir.

Ən yüksək məhkəmə qərarının olmasına baxmayaraq Maliyyə Napzirliyi pul kompensasiyalarının ödənilməsi prosesini bir ilə qədər ləngitmidir. Lakin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və Hacqabul rayonun Rəncbər Vətəndaş Nəzarəti Qrupunun birgə vəkillik fəaliyyəti nazirliyi vəsaiti ödəməyə məcbur etmişdir.

Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Dövlət Neft Şirkəti və Dövlət Torpaq Komitəsinə qarşı yeni iki strateji məhkəmə çəkişməsinə başlamışdır. Dövlət Neft Şirkəti Sanqaçal-Qazməmməd və Kalmas47-ci kilometr-Qazməmməd yüksək təzyiqli qaz kəmərlərinin tikintisi şəxsi mülkiyyətdə olan torpaqları zəbt etmişdir. Əslində dövlət şəxsi mülkiyyəti de-fakto özgənikiləşdirmişdir və bu zaman mülkiyyətçilərə hər hansı kompensasiya ödəməmişdir.

Leave a Reply