Paris5-8 dekabr 2010-cu il tarixlərində Fransanin Paytaxtı Paris şəhərində Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatı (IƏIT-OECD) və Korrupsiyaya qrşı mübarizə üzrə Şərqi Avropa və Mərkəzi Asiya Şəbəkəsinin (ACN)Korrupsiyaya qarşı mübarizə üzrə Istanbul Fəaliyyət Plan çərçivəsində 9-cu Monitoring görüşü keçirlir.
Görüşdə Azərbaycan hşkuməti Ikinci Monitorinq Raundu üzrə “Korrupsiya cinayətlərinin müəyyən edilməsi qarşısının alınması sahəsində əsas antikorrupsiya tədbirlərinə dair” məruzə təqdim edəcəkdir.
Tədbirdə Azərbaycan Vətəndaş Cəmiyyətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, QHT-lərin Antikorrupsiya şəbəkəsinin həmtəsisçisi Sahib Məmmədov təmsil edir.
Azərbaycan hşkumətini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Preezident adminstrasiyasınin məsul işçisi, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası işçi qrupunun katibi Inam Kərimov və Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Elnur Musayev təmsil edirdi.

Tədbir təşkilatçıları iştirakçılara Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə həyata keşirilən tədbirlərlə bağlı hökumətin nöqteyi nəzərini əks edən məruzə ilə yanaşi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının aparicı olduğu QHT Koalisiyasının (VƏHML-dən əlavə Koalisiyaya “Konstitusiya Araşdırmaları” Fondu, Avrasiya Hüquqşqnaslar Asossasiyasi, QHT-lərin AntiKorrupsiya Şəbəkəsi və s.daxildir) iki monitorinq hesabatı və Şəffafıq Azərbaycan Təşkilatının Avropa Qonşuluq Siyasətinin tətbiqi çərçivəsində antikorrupsiya və idaretmə üzrə öhdəliklərin monitorinqi hesabatını da təqdim etmişdir.

VƏHML-in aparıcı olduğu QHT Koalisiyasının hesabatları Birləşmiş Ştatlar Beynəlxalq Inkişaf Agentliyinin vəsaiti ilə Kounterpart International təşkilatının maliyyələşdirdiyi “Yoxsulluğun azaldılması və avamlı inkişaf üzrə dövlət proqramı”nin monitorinqi çərçivəsində hazırlanmışdır.
Hesabatlardan biri Ünvanlı dovlət sosial yardımlarının verilməsi, digəri isə Məcburi Köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahaəsində hökumat fəaliyyətinin monitorinqinə həsr olunmuşdur.