Boru-kəməri2009-cu ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Diametri 1020 mm olan Qalmaz 47-ci km.- Qazıməmməd Yüksək Təzyiqli Magistral Qaz Kəmərinin tikintisini həyata keçirməyə başlamışdır. Şirkət tikintini həyata keçirərkən hər hansı dövlət orqanının qərarı və hər hansı razılaşma olmadan özəl mülkyiəətdə olan torpaq sahələrini qeyri-qanuni zəbt etmiş və həmin ərazilərdə tikinti işləri həyata keçirmişdir. Hazırda zəbt olunmuş ərazilər ciddi şəkildə mühafizə olunur və mülkiyyətçilərin öz ərazilədrinə daxil olmalarına qadağa qoyulub. 

Zəbt olunmuş ərazilərin bir qismi də Hacıqabul rayonunun Rəncbər kəndinin ərazisində yerləşən özəl torpaq sahələridir. Bu torpaq sahələri mülkiyyətçilərə Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 01№ li qərarı ilə verilmişdir. Hər bir mülkiyyətçinin mülkiyyət hüquqlarını təsdiq edən müvafiq reyesterdən çıxarışı (mülkiyyət şəhadətnaməsi və dövlət aktı) vardır.

Dövlət Neft Şirkətinin qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına göndərilən müraciətlər ya cavablandırılmamış, yaxud hər hansı ciddi cavab verilməmişdir.

Dövlət Neft Şirkətinin həmin ərazilərdə tiknti aparmalarına hüquqi əsas verən hər hansı rəsmi sənəd yoxdur. Belə olan halda mülkiyyətçilər və onların hüquqlarını Müdafiə edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası dövlətin tabeliyində olan şirkətin həmin əraziləri zəbt etməsini qeyri –qanuni müdaxilə hesab etmişdir. Torpaqların zəbti nəticəsində mülkiyyətçilərə külli miqdarda zərər dəymişdir. Mülkiyyətçilərə hər hansı kompensasiyalar ödənilməmişdir. Nə torpaqların de-fakto özgənikiləşdirilməsi, nə də əldən çıxmış fayda üzrə ödənişlər həyata keçirilməmişdir.Mülkiyyətçilərin hüquqlarının təmin olunması məqsədi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Dövlət Neft Şirkətinə qarşı növbəti strateji məhkəmə işinə başlamışdır. İddia ərizəsi və ona əlavə olunan sənədlər 25 oktyabr 2010-cu il tarixində Hacqabul rayon məhkəməsinə təqdim olunub.Qurban qismində 6 nəfər mülkiyyətçi çıxış etsə də məhkəmə digər hüququ pozulanlar üçün də prisident yaradacaqdır. Dövlət Neft Şirkətinə qarşı iddia tələbinin ümumi miqdarı 81 358 mnat (102 000 ABŞ dolları) təşkil edir. Xatırladırıq ki, həazırda Hacıqabul rayon məhkəməsində Dövlət Neft Şirkətinə qarşı Sanqaçal-Hacıqabul Qaz Boru Kəmərinin tikintisi zamanı zəbt olunmuş 345 660 kvadrat metr torpaq sahəsi ilə bağlı strateji məhkəmə işi davam edir. Bu iş üzrə ümumi iddia tələbi 293 851 manat (367 313 ABŞ Dolları) təşkil edir. Xatırladırıq ki, bu proseslərdən əvvəl VƏHML-in müdafiə etdiyi bir qrup mülkiyyətçinin Dövlət Neft Şirkəti, BP Azərbaycan Şirkəti, Dövlət Torpaq və xəritəçəkmə Komitəsi və Maliyyə Nazirliynə qarşı iddiası üzrə dörd il yarım davam edən məhkəmə prosesi onunla nəticələnmişdir ki, Azərbaycan dövləti mülkiyyətçilərə külli miqdarda kompensasiya ödəməyə məcbur olmuşdur.

Məhkəmə prosesləri barədə əlavə məlumatlar veriləcəkdir. Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının bu istiqamətdəki fəaliyyətini Açıq Cəmiyyət İnstitutunun (Budapeşt) İnsan Hüquqları və İdarəetmə üzrə Qrant Proqramı maliyyələşdirir.