Безимени-1Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML), “Konstitusiya” Araşdırmalar Fondu (KAF), Avrasiya Hüquqşünaslar Assosiasiyası (AHA), Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq Şəbəkəsindən ibarət “Dövlət Proqramlarının Monitorinqi üzrə QHT Koalisiyası” Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının maliyyələşdirdiyi “Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrası çərçivəsində növbəti tədbir keçirilmişdir. Layihə çərçivəsində“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin təhlili həyata keçirilmişdir. Təhlilin ilkin versiyası 17 Fevral tarixində Konstitusiya Araşdırmalar Fondunun ofisində bir sıra ekspertlərin iştirakı ilə müzakirə olunmuşdur.Tədbirdə layihənin koordinatoru və aparıcı icraçı təşkilatın (VƏHML) rəhbəri Sahib Məmmədov layihə barədə ümumi məlumatı iştirakçıların nəzərinə çatdırdı. Sözü gedən təhlilin müəllifi KAF-un rəhbəri Əliməmməd Nuriyev təhlil barədə ümumi məlumat, həmçinin xüsusi olaraq təhlil nəticəsində hazırlnamış təklif və tövsiyyələri işitrakçıların nəzərinə çatdırdı. Bundan başqa müzakirələrdə Əmək və Əhalinin Müdafiəsi Nazirliyininin Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər Sektorunun müdiri Sadiq Qurbanov da iştirak etmişdir və təhlil nəticəsində hazırlnamış təklif və tövsiyyələrinə öz münasibətini bildirmişdir. Digər ekspertlərin də aktiv işitrakı ilə konstruktiv müzakirələr keçirmiş və dəyərli təkliflər səslənmişdir. Belə ki, tanınmış ekspertlər, İradə Cavadova, Mirəli Hüseynov, Müzəffər Baxışov, Vasif Mövsümov, Hafiz Həsənəov və Ramil İskəndərov öz çıxışlarında təhlinin müəyyən aspektləri barədə öz fikirləri ilə bölüşmüşlər.