Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə təstiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın bir sıra bölmələri, o cümlədən 5.2. (Əhalinin sosial Müdafiəsi) və 5.3. (Qaçqınlar və məcburi köçkünlər ) bölmələri üzrə fəaliyyətlərin əsas hisəslərinin icrası 2008-2010 illəri əhatə edir.Proqramın icrasının təmin edilməsi üçün qəbul edilmiş Tədbirlər Planı da 2008-2010-cu illəri əhatə edir. Bu bölmələdə nəzərdə tutulan prioritet istiqamətlərin həyata keçirilməsi yoxsulluğun azaldılması və davamlı inkişafı təmn edəcək əsas göstəricilərdəndir. Eyni zamanda bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlər dvlət büdcəsindən və büdcədənkənar fondlardan (məsələn Dövlət Neft Fondundan) külli miqdarda vəsait ayırmaları ilə müşayət olunacaqdır.
Dövlət Proqramının və Tədbirlər Planının həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakı nəzərdə tutulur. Vətəndaş cəmiyyətinin əsas missiyası dövlət proqramının həyata keçirilməsində ictimai nəzarəti təmin etmək və bununla da proqramın effektv həyata keçməsi işində dövlətə yardım etməkdir.
Bunları nəzərə alaraq Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası , Konstitusiya Araşdırmaları Fondu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq Şəbəkəsindən barət QHT Koalisiyası (Dövlət Prqramlarının Monitorinqi üzrə QHT Koalisiyası) Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının maliyyələşdirdiyi “Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrasına başlamışdır.
11 ay ərzində və 4 mərəhələdə həyata keçiriləcək layihə çərçivəsində Dövlət Proqramında və Proqramın icrası üzrə Tədbirlər Planında (2008-2010-cu illər üzrə) əhalinin sosial təminatı və qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönələn tədbirlərin monitorinqi keçiriləcək və yekun monitorinq hesabatı və tösiyyələr hazırlanacaqdır.
Layihənin icrasına 01 oktyabr 2009-cu il tarixindən başlanılmışdır. İlk iki ay ərzində hazırlıq işləri həyata keçirilmişdir.
Sonrakı dövrdə aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır:
i) Dövlət Proqramının 5.2. bəndində nəzərdə tutulan proqramın və həmin proqramın icrası üçün nəzərdə tutulan Tədbirlər Planının 2.2. bəndində nəzərdə tutulan tədbirlərin monitorinqi.
Bu bu fəaliyyət Dövlət Proqramının icrası üzrə Tədbirlər Planının 2.2. bəndində nəzərdə tutulan təbirlərin bir hissəsini-ünvanlı dövlət sosial yardımlarının verilməsi və bununla bağlı olan proseslərin idarə olunması ilə bağlı tədbirlərin monitorinqini əhatə edəcəkdir.
ii) Dövlət Proqramının 5.3. bəndində nəzərdə tutulan proqramın və həmin proqramın icrası üçün nəzərdə tutulan Tədbirlər Planının 2.3. bəndində nəzərdə tutulan tədbirlərin monitorinqi.
Bu fəaliyyət Dövlət Proqramının icrası üzrə Tədbirlər Planının 2.2. bəndində nəzərdə tutulan təbirlərin bir hissəsin- Qaçqın və məcburi köçkünləri əhatə edəcəkdir.
Monitorinq çərçivəsində Məcburi köçkünlərin yaşayış yeri, onların məşğulluğunun təmin oluması istiqamətində həyata keçirilən fəaliyyətləri əhatə edəcəkdir.
Layihənin icrası zamanı müvafiq dövlət qurumları və məraqlı tərəflərlə əməkdaşlıq ediləcəkdir.