logoVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası aparıcı təşkilat olmaqla Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyindən ibarət QHT Koalisiyası Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin vəsaiti ilə Counterpart International təşkilatı tərəfindən maliyyələşdirilən “Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitrorinqi” Layihəsi çərçivəsində həyata keçirilən növbəti monitorinq başa çatmışdır. Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planını Alternativ Monitrorinqinin həyata keçirilməsinin məqsədi Fəaliyyət Planının həyata keçrilməsində vətəndaş cəmiyyəti təşkilatlarının aktiv iştirakını təmin etməklə Azərbaycanda korrupsiaya qarşı mübarizənin effektivliyinin artirilması olmuşdur.
Fəaliyyət Planına görə:
Mərkəzi İcra Hakimiyyəti orqanları Milli strtategiyanın icrası ilə bağlı tədbirlər planı qəbul etməli və hər il dekabr ayının 20-dək Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edməlidirlər.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları Milli strategiyanın icra vəziyyəti barədə məlumatları hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim etməlidir.
Milli strategiyanının icrasına məsul olan digər orqanlar hər altı aydan bir Milli strategiyanın icra vəziyyəti barədə məlumatları Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim etməlidir.

QHT Koalisiyası tərəfindən həyata keçirilən monitorinq də bu sahələri əhatə etmişdir.
Monitorinq nəticəsində yekun hesabat və tövsiyyələr hazırlanmışdır. Sənəd müvafiq qurumlara və beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.