Ali-məhkəmə30 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası hakim Rəşadət Ağayevin sədrliyi ilə Maliyyə Nazirliynin kassasiya şikayətinə baxaraq onun rədd edilməsinə dair qərar qəbul etmişdir.

Bundan əvvəl Şirvan Apellyasiya Məhkəmsi bir qrup torpaq mülkiyətçisinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Neft Şirkətinə və bp Azərbaycan şirkətinə qarşı kompensasiya ödənilməsinə dair verdiyi apellyasiya şikayətini təmin etmiş, torpaq mülkiyyətçilərinə kompensasiyalar ödənilməsinə dair qətnamə qəbul eğmişdir. Qətnamənin icrası Maliyyə Nazirliynə tapşırılmışdır.

Qətnamə ilə razılaşmıyan Maliyyə Nazirliyi Ali Məhkəmnin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti vermişdir.

Məhkəmə Kollegiyası 30 iyun 2009-cu il tarixində keçirdiyi məhkəmə iclasında Maliyyə Nazirliyinin şikayətini əsassız saymış və rədd etmişdir.

Beləliklə 14 nəfər torpaq mülkiyyətçisinə Azərbaycan Respulikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyalar ödəniləcəkdir.

Məhkəmənin qərarı prisident yaradır. Bu qərardan istifadə edərək daha 7000 nəfərdən artıq mülkiyətçi dövlətdən kompensasiya tələb edə bilər. Belə ki, Bakı –Subsa və Bakı-Novorossiysk neft kəmərlərinin təsir zonasında şəxsi mülkiyyətdə 7200-ə qədər torpaq mülkiyyətçisi vardır və onlardan heç birinə kompensasiyalara verilməmişdir.

3 ildən artıq çəkən məhkəmə prosesində növbəti dəfə uğur qazınılmışdır.

Torpaq mülkiyyətçilərinin müdafiəsini bütün dövr ərzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası təmin etmişdir.

Eynizamanda təşkilatın bu istiqamətdəki fəaliyyəti hazırda Açıq Cəmiyyət İnstitutu İnsan Hüquqları və İdarəetmə üzrə Qrant Proqramı (Budapeşt) tərəfindən maliyyələşdirilən laiyhə çərçivəsində həyata keçirilir.

VƏHML Mətbuat Xidməti