kanalBMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Komitəyə təqdim etdiyi 3-cü dövrü hesabatla bağlı qeyd-şərtlərini və tövsiyyələrini açıqladı. Tövsiyyələr BMT-nin İnsan Hüquqları üzrə Ali Baş Komissarının veb səhifəsində yerləşdirilmişdir. Tösiyyələdədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən qaldırılmış bir sıra məsələlər də, o cümldən toplaşma azadlığı, işgəncələrlə bağlı qoyulan məsələlərə də toxunulmuşdur.
Azərbaycan hökumətinə tövsiyyələri dərc etmək və sonradan tövsiyyə olunan məsələlərlə bağlı tədbirlər həyata keçirmək təklif olunub.
Azərbaycan Hökumətinin 3-cü dövrü məruzəsi Komitənin 13-31 iyul 2009-cu il tarixində Cenevrədə keçirilmiş 96-cı sessiyasında müzakirə olunmuşdur. Komitə hesabatı müzakirə etməzdən əvvəl Azərbaycan hökumətinə 24 sual göndərmiş və onlara yazılı cavablar almışdır. Bundan əlavə sessiyanın gedişində Azərbaycan Nümayəndə heyətinə çoxsaylı suallar verilmişdir. Azərbaycan hökumət nümayəndələri bir sıra sualları cavablandırmaqda çətinlik çəkmiş, onların dəfələrlə verilməsinə baxmayaraq birbaşa cavablardan yayınmışdır.
Xatırladırıq ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası BMT-nin İnsan Hüquqları Komitəsinə Azərbaycan Respublikasının 3-cü dövrü hesabatının bəzi müddalarına alternativ (əks) hesabat təqdim etmişdir.
Bunlar 7-ci maddə (İşgəncə və insan ləyaqətini alçaldan davranış və ya cəza), 21 (toplaşma azadlığı) və 22 (birləşmə azadlığı) ilə bağlı olan maddələrdir.
Təqdim olunan alternativ hesabat BMT-nin İnsan Hüquqları Üzrə Ali Baş Komissarının saytında Azərbaycan Respublikasının dövrü hesabatına alternativ olaraq yerləşdirilmişdir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov həmçinin Komitənin sessiyasında iştirak etmişdir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqsaının fəaliyyətinə instutsional dəstək Açıq Cəmiyyət İnstitutu İnsan Hüquqları və İdarəetmə üzrə Qrant Proqramı (Open Society Institute (Human Rights and Governance Grants Program) tərəfindən həyata keçirilir. VƏHML nümayəndəsinin səfərini isə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu Azərbaycan maliyyələşdirmişdir.