Qadın  İştirakçılığı  Proqramı. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən 2012 –ci ildən icra olunan Qadın  İştirakçılığı Proqramın çərçivəsində  Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və  Vətəndaşların Əmək  Hüquqlarının  Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarşı zorakılığn aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“   layihəsi davam edir.

Layihənin növbəti fəaliyyət istiqamətləri, əsasən Məişət zorakılığının aradan qaldırılması yönümündə həyata keçirilcək Milli Fəaliyyət Planına dəstək, Məişət zorakılığının qarşısının alınması haqqında Qanununda nəzərdə tutulan bir sıra müddəalrın  icra mexanizmlərinin hazırlnamsı, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa yenidən baxış, məişət zorakılığını törətmiş şəxsin inzibati və cinayət təqibinin məsuliyyətinə cəlb edilməsinin hüquqi əsasları ilə bağlı təhlilin hazırlanması kimi tədbirlər nəzərdə tutur. Bunlardan əlavə maarifləndirici fəaliyyətlər qismində regionlarda təlimlərin təşkili, Sosial çarxın hazırlanması və nümayişi nəzərdə tutulur. 2014-cü ilin sonlarında

“Məişət zorakılığı və erkən nikanların qarşısının alınması” üzrə Milli Konfransın təşkili nəzərdə tutulur.

 “Təmiz Dünya” təşkilatı haqda əlavə məlumat əldə etmək üçün Layihə Meneceri Mehriban Zeynalova ilə e – mail vasitəsi ilə tamizdunyasu@gmail.com ya (+994 50/55) 314-35-15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının əlaqə vasitələri:

012 53086 25, e-mail office@labourrights-az.org

 

QHT Koalisiyasının Mətbuat Xidməti