Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunma vəziyyətinə dair Analtik hesabatın hazırlanması və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində beynəlxalq vəkilliklə bağlı fəaliyyətlərə başlanılmışdır.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID)  vəsaiti ilə həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” Layihəsi üzrə partnyor olan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası əlilliyi olan şəxslərin  (ƏOŞ) hüquqlarının təmin olunması vəziyyətinə dair analtik hesabatın hazırlanmasına başlamışdır. Hesabatda ƏOŞ-lara dair qanunvericiliyin təhlili, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mövcud vəziyyət, çətinliklər və problemlər əks olunacaqdır.

Hazırda hesabatın hazırlanması üçün həyata keçiriləcək monitorinqin və təhlillərin metodologiyası hazırlanır.

VƏHML həmçinin,  ƏOŞ-ların hüquqlarının təmin olunmasında Beynəlxalq Vəkillik mexanizmlərindən səmərəli istifadə məqsədi ilə dekabr 2013 və yanvar 2014-cü il tarixlərində montitorinqlər keçirmiş və BMT-nin Əlilliyi olan Şəxslərin hüquqlarının müdafiəsi üzrə Komitəyə hesabat hazırlamışdır.

Hesabat BMT Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 2013-cü ilin sentyabr ayında Azərbaycan hökumətinə  ünvanladığı suallara verilən rəsmi cavablara alternativ olaraq hazırlanmıdır.

Hesabat,  Komitə üzvlərinin və digər maraqlı tərəflərin tanış olması üçün BMT İnsan Hüquqları üzrə Ali Komisarının rəsmi veb səhifəsində yerləşdirilmişdir.

(Hesabatı bu linkdən yükləyə bilərsiz: http://tbinternet.ohchr.org/_layouts/treatybodyexternal/Download.aspx?symbolno=INT%2fCRPD%2fCSS%2fAZE%2f16289&Lang=en )

VƏHML nümayəndəsi 1 aprel 2014-cü il tarixində Cenevrədə BMT İnsan Hüquqları üzrə Ali Komisarın ofisində BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında (31 mart-11 aprel 2014) iştirak edəcəkdir.

VƏHML nümayəndəsi həmçinin, sessiyadan əvvəl, Azərbaycan Hökumətinin ilk hesabatı ilə bağlı dinləmələrin keçirilməsi ərəfəsində Komitə üzvləri üçün təşkil olunan brifinqdə (Azərbaycan üzrə) Azərbaycanda ƏOŞ-ların hüquqlarının təmin olunma vəziyyəti ilə əlaqədar bəyanatla çıxış etməyi və komitə üzvlərinin suallarını cavablandırmağı planlaşdırır.

 

 

Əlaqə:    Sahib Məmmədov

Telefon: 050 314 49 15

e-mail: office@labourrights-az.org