Maliyyə-NazirliyiDaşnmaz əmlaka olan hüquqları pozulmuş mülkiyətçilərin  Dövlət Neft Şirkəti, Torpaq və Xəritəçəkmə Komitəsi və Maliyyə Nazirliyinə  qarşı məhkəmə işi davam etməkdədir.Şirvan Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının təyin etdiyi əlavə ekspertiza  həyata keçirilə bilmir. Bu gün 20 sentyabr 2013-il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Haciqabul rayonunun Rəncbər kəndində mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar məhkəmə araşdırmaları aparılmalı idi.Bununla əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları əraziyə gələrək ərazilərin mərz nişanlarının dəqiqləşdirilməsi ilə baglı GPS tipli cihazla ölçü işləri aparmalı idilər. Lakin həmin mütəxəssislərin gəlməməsi ilə əlaqədar məhkəmə araşdırmaları Şirvan şəhərində aparılmışdır. Məhkəməyə AzəriQAZ  İB hüquqşünası və Qazıməmməd Qaz Komperessor Stansiyasının baş mühəndisi qatılmışlar. Baş mühəndis israrla həmin kəmərin 1981-ildə inşa olunduğunu sübut etməyə çalışmışdır. Lakin iddaçı tərəf tutarlı dəlillərlə baş mühəndisin fikirlərini təkzib etmişdir və həmin kəmərin 2007-ildə inşa olunmasını əlavə olaraq sübut etmişdir.  Azəri QAZ-n hüquqşünası növbəti məhkəmə araşdırmalarına 2007-ildə inşa olunmuş həmin kəmərin texniki sənədlərini gətirməyə söz vermiş və bununlada bir daha sübut olunmuşdur ki, həmin kəmər 1981-ildə yox, məhz 2007-ildə inşa olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası əslində çıxılmaz vəziyyətdə qalmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi ekspertiza keçirməkdən imtina edir. Torpaq və Xərtiəçəkmə Komitəsi isə iş üzrə cavabdehdir. Beləliklə Məhkəmə həlli çətin olan kazusla üzləşmişdir.Xartırladırıq ki, Ekspertizanın düzgün həyata keçirilməməsi səbəbindən iddiaçların kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Qətnaməsini ləğv edərək yenidən baxılmaq üçün geri qaytarmışdır. Sonrakı proseslərə dair məlumat veriləcəkdir. İddiaçıları Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası həyata keçirir.

VƏHML