femidaAmerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vasitəsilə Amerika xalqının dəstəyi ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası və partnyorları tərəfindən həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi çərçivəsində həyata keçirilən strateji məhkəmə çəkişməsi davam edir.

Hüquq.TV-nin məlumatına görə, daşınmaz əmlaka olan hüquqları pozulmuş mülkiyətçilərin  Dövlət Neft Şirkəti, Torpaq və Xəritəçəkmə Komitəsi və Maliyyə Nazirliyinə  qarşı məhkəmə işi davam edir. Şirvan Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının təyin etdiyi əlavə ekspertiza  başa çatıb. 30 avqust 2013-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsində cabadehlərin və iddiaçıların iştirakı ilə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində  iddiaçı tərəfinmaraqlarını müdafiə edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası vəsadət verərək ekspertizanın nəticələrinin qərəzli olmasını bildirib. Ekspertizada cavabdeh qismində çıxış edən Torpaq və Xəritəçəkmə Komitəsinin ekspertlərinin iştirakı prosessual pozuntu olduğu üçün vəsadət mülki kollegiya tərfindən qəbul olunub və geniş tərkibli yeni ekspertiz təyin olunub. Proses davam edir.

Femida.az