Tətil2012-ci ilin əvvəlindən başlayaraq Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Açıq Cəmiyyət İnstitutu Yardım Fondu İnsan Hüquqları və İdarəetmə Qrant Proqramının maliyyə Dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində məhkumlara yardımların göstərilməsi” layihəsini icra edir. Layihənin icrası prosesində Penitensiar sistemə İctiami Nəzarəti həyata keçirən İctimai Komitə və Milli Preventiv Mexanizm əməkdaş təsisatlardır.

Layihənin icrası başlanandan indiyədiyədən hüquqi yardımlarla bağlı görülən əmas işlər aşağıdakılar olmuşdur:

  • Milli Preventiv Mexanizmin rəhbəri Vuqar Məhərrəmovla müzakirələr aparılmışdır. Milli Preventiv Mexanizminə hüquqi yardım üçün müraciət edənlərə VƏHML hüquqşünasları hüquqi yardım göstərəcəkdir.
  • Ədliyyə Nazirliynin İnsan Hüquqları və İctiamiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovla hüquqi yardım zamanı İctimai Komitə üzvü olmayan hüquqşünasların və vəkillərin cəza çəkmə müəssisələrinə daxil olmalarına şəraitin yaradılması məsələsi müzakirə olunmuşdur;
  • Penitensiar Xidmətin iki müəssisəniə hüquqi yardımların göstərilməsi ilə bağlı səfər edilmişdir. Bu səfrələr məhbusların xahişi əsasında həyata keçirilmişdir.
  • Hüquqi yardımların göstərilməsi ilə bağlı 3000 tirajla bukletlər çap edilmişdir və hazırda müəssisələrdə yayılır.
  • Hüquqi yardımın göstərilməsi ilə bağlı elanlar nəşr edilmiş və müəssisələdə yerləşdirilmişdir. Elanlarda hüquqi yardımın göstərilməsi qaydaları, hüquqi yardımın növləri gösərilmişdir. Elanda hüquqi yardım üçün müraciət üçün telefonlar və ünvanlar göstərilmişdir. Hər bir məhkum heç bir maneə olmadan telefonla hüquqi yardım üçün müraciət edə biləcəkdir.

01 mart 2012-ci il tarixindən başlayaraq VƏHML, İctimai Komitə hüquqşünasları və vəkillər Kollegiyasının cinayət hüququ üzrə ixtisaslaşan vəkillərinin iştirakı ilə Cəza Çəkmə Müəssisələrində “Hüquqi yardım günlərinə” start veriilmişdir.

3 və 5 nəfərlik hüquqşünas qrupuna vəkillər kollegiyasının üzvü olan vəkil daxil edilmişdir. Hüquqi yardım günlərində məhkumlara hüquqi məsləhətlərlə yanaşı, həmçinin uzunmüddətli yardımların da göstərilməsi nəzərdə tutulur.

Məhkumların sənədlərinin məhkəmələrə hazırlanması və məhkəmədə müdafiənin təşkili nəzərdə tutulur.

Hüquqi yardım almaq istəyən məhkumlarla onların arzusna uyğun olaraq təklikdə görüş keçirilir.

13 mart 2012-ci il tarixində Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəssisəndə “hüquqi yardım günü” keçirilmişdir.

5 nəfər hüquqşünas 6 saat ərzində 54 nəfərə hüquqi yardım göstərmişdir.

Bunlardan:

Hüquqi yardım alanlardan 3 nəfəri Banqladeş vətəndaşı. Cəzalarının qalan hissəsini vətənlərində çəkmək istəiyirlər. Bu şəxslər üçün Ədliyyə Nazirliynə və Ombudsmana müraciətlər hazırlanmışdır. Layihə rəhbəri Sahib Məmmədov məsələnin müzakirəsi üçün Milli Preventiv Mexanizmin rəhbəri Vuqar Məhərəmovla görüşərək müzakirələr aparacaqdır.

5 nəfər Nigeriya vətəndaşı. Onların ərizələri azərbaycan dilinə tərcümə olunacaqdır. Nigeriyanın Xarici İşlər və Ədliyyə Nazirliklərinə müraciət göndəriləcəkdir. Müraciətdə onlardan vətəndaşlarının cəzalarını öz ölkələrində çəkmələri üçün Azərbaycan hökumətnə müraciət etmələri xahiş ediləcəkdir (Nigeriyanın Azərbaycanda səfirliyi yoxdur).

3 nəfər Pakstan İslam Respublikasının vətəndaşı. Səfirlə müzakirələr aparılacaq və onların öz ölkələrinə köçürülmələri üçün Ədliyyə Nazirliynə müraciət göndəriləcəkdir.

5 nəfər İran İslam Respublikasının vətəndaşı. İrnala Azərbaycan arasında məhkumların qarşılıqlı dəyişdirilməsinə dair müqavilə olmasına baxmayaraq həmin şəxslərin göndərilməsi gecikir. Bunula bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətlə müvafiq iş aparılacaqdır.

2 nəfər Belarusiya vətəndaşı. Onlar Ali Məhkəməninin Cinayət işləri Kollegiyasında kassasiya şikayətinin baxılması üçün vəkillə təmin edilmələrini xahiş etmişdir. Həmin şəxslərə vəkillə təmin olunacaqdır.

1 Nəfər Gürcüstan vətəndaşı. 11 illik cəzanın 8 ilini çəkmişdir. Onun vaxtından qabaq azad olunması üçün müraciət hüququ yaranmışdır. Həmin şəxs məhkəməyə müraciət üçün vəkillə təmin olunacaqdır.

35 nəfər Azərbaycan Respublikası vətəndaşına hüquqi yardım göstərilmişdir.

Bu şəxslərdən 8 nəfəri vaxtındaq qabaq azad olunmaq üçün hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Onalara müvafiq sənədlərin hazırlanmasında yardımlar göstəriləcəkdir.

6 nəfər əlilliklə bağlı  pensiya təminatı ilə bağlı müraciət etmişdir. Onların pensiya təminatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət göndəriləcəkdir.

11 nəfər məhkəmə hökümlərinin ədalətsiz olması və məhkəməyə təkrar müraciət etmək üçün yardım istəmişdir. Lakin həmin şəxslərin haqqında məhkəmələrin qüvvəyə minmiş hökmləri olduğu üçün məhkəməyə təkrar müraciətin mümkün olub olmaması araşdırılacaqdır.

10 nəfər müxtəlif məsələlərlə bağlı (həm özlərinə, həm də ailə üzvlərinə aid) hüquqi məsləhətlər almışdır.

Hüquqi yardım alanlara yaddaşlar paylanmışdır. Daha əvvəl isə müəssisənin kulubunda və kitabxanasında yaddaşlar qoyulmuşdur və müəssisədə telefonlar və digər rekvizitlər olan elanlar yerləşdirilmişdir.

Hüquqi yardımlar iki zalda paralel olaraq keçirilmişdir. Arzu edənlərlə konfedensial görüş olmuş aə hüquqi yardım göstərilmişdir.

Pis rəftar və işgəncə halları ilə bağlı müraciət olmamışdır.

Növbəti “hüquqi yardım günü” əcnəbilərin sayca çox olduğu 12 saylı müəssisədə, Qadın cəza çəkmə müəssisəsində və regionda yerləşən 5 saylı cəza çəkmə müəssisəsində keçiriləcəkdir.

02 mart 2012-ci il tarixində İctimai Komitə ilə Ədliyyə Nazirinin görüşündə məhkumlara hüquqi yardımların göstərilməsinə dair məlumat verilmişdir. Nazir hüquqi yardımın göstərilməsini yüksək qiymətləndirmişdir.