Məhkəmə09 sentyabr 2011-ci il tarixində Hacqabul rayon məhkəməsində Məmmədov Yunis və qeyriləri Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “Xüsusi Mülkiyyətdə olan torpaq sahələrində dövlət ehtiyacları üçün tikinti işlərinin aparılması və həmin torpaqlardan istifadə imkanının məhdudlaşdırılması ilə bağlı kompensasiyaların ödənilməsinə dair” iddiası üzrə növbət məhkəmə iclası keçirilmişdir. Əvvəlki məhkəmə iclasında Dövlət Neft Şirkətinin vəsadəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi digər cavabdeh qismində cəlb edilmişdir. İddia tələbinin dövlət büdcəsinə yönəlməsi səbəbindən prosesə həmçinin Maliyyə Nazirliyi də cəlb edilmişdir.

Xatırladırıq ki, Məmmədov Yunis və qeyrilərinin iddiası Dövlət Neft Şirkəti tərəfindən 2009-cu ildən başlayaraq  Diametri 1020 mm olan Qalmaz 47-ci km.- Qazıməmməd Yüksək Təzyiqli Magistral Qaz Kəmərinin tikintisi ilə bağlı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması, yaxın ərazilərdə olan torpaqların məhv edilməsi ilə bağlıdır. Bu iddia məhkəməyə 25 oktyabr 2010-cu il tarixində təqdim edilmişdir. Hakim iddiaçı rəfəin nümayəndəsi Sahib Məmmədovun çıxışından sonra cavabdeh tərəfə söz vermiş və müşavirə otağından qayıdaraq iddianın təmin edilməsi ilə bağlı Qətnaməni səsləndirmişdir. Hakim qətnamə qəbul edərkən iddiaçıların iddiada müəyyən etdiyi qiymətləri deyil, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən 2006-2010-cu illərdə həyata keçirdiyi “Gülsüm Məmmədova və qeyriləri br Azərbaycan Şrkəti, Dövlət Neft Şirkəti, Torpaq və Xəritəçəkmə Komitəsi və Maliyyə Nazirliynə qarşı” strateji mhkəmə işində Şirvan Apellyasiya Məhkəməsinin Qətnaməsində müəyyən edilən və Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası tərəfindən qüvvədə saxlanılan qiymətlərdən analogiya üzrə istifadə etmişdir. Beləliklə VƏHML tərəfindən həyata keçirilən 4 strateji məhkəmə çəkişməsindən 3-ü üzrə birinci instansiya məhkəməsi tərəfindən iddialar tam və ya qismən təmin edilmişdir. Digər strateji məhkəmə çəkişməsi üzrə prosesi davam edəcəkdir. Xatırladırıq ki, bu idda 2007-ci ilin fevral ayında başlayaraq Şahdəniz yatağından hasil olunan qazın Hacqabul Qaz-Kompressor Stansiyasına nəql olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti Tərəfindən diametri 1020 mm olan Sanqaçal-Hacıqabul Qaz Boru Kəmərinin tikintisi zamanı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması və de-fakto özgənikiləşdirilməsi ilə bağlı Dövlət Neft Şirkəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı verilmişdir. Bu işlə bağlı məhkəmə prosesi 21 iyul 2010-cu il tarixində başlanmışdır. İddiaçı tərəf zəbt olunmuş torpaq sahələrinin sərhədlərinin müəyyn edilməsinə dair ekspert rəyini şübhə altına almış və ekspertin rəyinin düzgün olmadağana dair sübutlar təqdim etmişlər.

Məhkəmə özünün də iştirakı ilə torpaq sahələrində yenidən ekspertizanın keçirilməsinə dair qərardad qəbul etmişdir. Sonuncü iş üzrə məhkəmə prosesi davam edəcəkdir. Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının bu istiqamətdəki fəaliyyətini Açıq Cəmiyyət İnstitutunun (Budapeşt) İnsan Hüquqları və İdarəetmə üzrə Qrant Proqramı maliyyələşdirir.

 VƏHML