Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fərdi əmək mübahisələrinin həlli: Hüquqi və metodiki yardımların göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində hüquqi və fiziki şəxslərə fərdi əmək mübahisələrinin həlli istiqamətində məsələhətlər veriləcəkdir.

Layihə çərçivəsində həmçinin “Fərdi əmək mübahisələrinin həlli: Hüquqi və praktiki aspektlər” adlı vəsaitin də hazırlanması nəzərdə tutulur. Vəsaitə əsasən aşağıdakı bölmələr daxil ediləcəkdir:

  • Fərdi əmək mübahisələrinin həllinin hüquqi əsasları;
  • Fərdi əmək mübahisələrinin məhkəmələr vasitəsi ilə həlli qaydaları;
  • Fərdi əmək mübahisələrinin məhkəmədən kənar həlli üçün müəssisə daxilində əmək mübahisələrinə baxan təsisatların yaradılması və nümunəvi əsasnamə;
  • Fərdi əmək mübahisələrinin digər mexanizməlrdən istifadə etməklə həlli qaydaları.

Vəsait hazırlanarkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan sahə həmkarlar ittifaqlarının təcrübəsindən də istifadə ediləcəkdir.

Layihə çərçivəsində həmçinin fərdi əmək mübahisələrinin həlli istiqamətində siyasətin təkmilləşdirilməsi, mübahisələrin məhkəmə və məhkəmədənkənar həlli üçün qanuvericilikdə və praktikada g.rülməli işlərlə bağlı siyasət sənədi hazırlanacaqdır. Siyasət sənədi maraqlı tərəflərə, o tcümlədən Milli Məclisə, Azərbaycan həmkarlar ittifaqları Konfederasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə və digər maraqlı tərəflərə təqdim ediləcəkdir.

Hazırda layihə üzrə fəaliyyətlər həyata keçirilir.

 VƏHML