Bunlardan biri 2007-ci ilin fevral ayında başlayaraq Şahdəniz yatağından hasil olunan qazın Hacqabul Qaz-Kompressor Stansiyasına nəql olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti Tərəfindən diametri 1020 mm olan Sanqaçal-Hacıqabul Qaz Boru Kəmərinin tikintisi zamanı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması və de-fakto özgənikiləşdirilməsi ilə bağlı olan strateji məhkəmə çəkişməsidir. Bu işlə bağlı məhkəmə prosesi 21 iyul 2010-cu il tarixində başlanmışdır; 

Digər strateji məhkəmə çəkişməsi isə Dövlət Neft Şirkəti tərəfindən 2009-cu ildən başlayaraq   Diametri 1020 mm olan Qalmaz 47-ci km.- Qazıməmməd Yüksək Təzyiqli Magistral Qaz Kəmərinintikintisi ilə bağlı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması, yaxın ərazilərdə olan torpaqların məhv edilməsi ilə bağlıdır. Bu iddia məhkəməyə 25 oktyabr 2010-cu il tarixində təqdim edilmişdir.

Hər iki iş üzrə ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi keçirildikdən sonra torpaqların zəbt olunma faktının və dəyən zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsinə dar Məhkəmə qərarı qəbul edilmişdir.

Məhkəmə 25. 10. 2010-il tarixdə 2(071)- 125 saylı məktub ilə Ədliyyə Nazirliyinin Məhkəmə ekspert Mərkəzinə ekspertizanın keçirilməsi ilə bağlı qərarını göndərməsinə baxmayaraq Mərkəz ekspertləri sahədə ekspertiza aparmamışdır.

Beləliklə iddianın məhəkəmədə ağıla batan müddətlərdə baxılması baş tutumamışdır. Binici iş üzrə məhkəməyə iddianın təqdim edilməsindən 7 ay, ikinci iş üzrə məhkəməyə iddianın təqdim edilməsindən isə 3 ay keçməsinə baxmayaraq məhkəmə iddialar üzrə qərar qəbul edə bilməmişdir.

İddiaların verilmə tarixində və hakimin prosessual hərəkətlərindən aşkar görünür ki, mülkiyyətçilərin məhəkəmə mexanizmlərindən effektiv istifadə etmək hüququnu pozur. Hakimin ağılabatan müddətlər ərzində zəruri prosessual hərəkətləri başa çatdırmaması hər hansı ciddi hüquqi arqumentə söykənmir və beləliklə MPM-nin 172-ci maddəsinin tələbləri ciddi surətdə pozulur.

Hakimin özbaşınalığının qarşısının alınması məqsədi ilə VƏHML 07.02.2011-ci il tarixində Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 111 və 111-1. və Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu 19-cu maddələrini, əsas götürərək Hacqabul rayon Məhkəməsinin hakimi Malik Qarayev  barəsində intizam icraatının başlanılmasına dair Məhkəmə Hüquq Şurasına müraciət təqdim etmişdir.

Xatırladırıq ki, birinci idda üzrə tələb olunan kompensasiyaların ümumi məbləği 309 755 manat (387 500 ABŞ dolları), digər məhkəmə işi üzrə isə tələb olunan kompensasiyaların ümumi məbləği 293 851 manat (367 313 ABŞ Dolları) təşkil edir.

Bundan əlavə məhkəmənin müsbət qərarı həmçinin prisident yaradacaqdır ki, sonradan bu daha yüzlərlə mülkiyyətçinin hüquqlarının təmin olunmasına gətirib çıxara bilər.

VƏHML