Əvvəllərdə xəbər verdiyimiz kimi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası torpaqlara olan mülkiyyət hüquqlarının pozulması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Qarşı müxtəlif vaxtlarda iki strateji məhkəmə çəkişməsinə başlamışdır. 

Bunlardan biri 2007-ci ilin fevral ayında başlayaraq Şahdəniz yatağından hasil olunan qazın Hacqabul Qaz-Kompressor Stansiyasına nəql olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti Tərəfindən diametri 1020 mm olan Sanqaçal-Hacıqabul Qaz Boru Kəmərinin tikintisi zamanı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması və de-fakto özgənikiləşdirilməsi ilə bağlı olan strateji məhkəmə çəkişməsidir. Bu işlə bağlı məhkəmə prosesi 21 iyul 2010-cu il tarixində başlanmışdır;

Digər strateji məhkəmə çəkişməsi isə Dövlət Neft Şirkəti tərəfindən 2009-cu ildən başlayaraq  Diametri 1020 mm olan Qalmaz 47-ci km.- Qazıməmməd Yüksək Təzyiqli Magistral Qaz Kəmərinin tikintisi ilə bağlı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması, yaxın ərazilərdə olan torpaqların məhv edilməsi ilə bağlıdır. Bu iddia məhkəməyə 25 oktyabr 2010-cu il tarixində təqdim edilmişdir.

Hər iki iş üzrə ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi keçirildikdən sonra torpaqların zəbt olunma faktının və dəyən zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsinə dar Məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə 25. 10. 2010-il tarixdə 2(071)- 125 saylı məktub ilə Ədliyyə Nazirliyinin Məhkəmə ekspert Mərkəzinə ekspertizanın keçirilməsi ilə bağlı qərarını göndərməsinə baxmayaraq Mərkəz ekspertləri sahədə ekspertiza aparmamışdır.

Beləliklə iddianın məhəkəmədə ağıla batan müddətlərdə baxılması baş tutumamışdır. Binici iş üzrə məhkəməyə iddianın təqdim edilməsindən 7 ay, ikinci iş üzrə məhkəməyə iddianın təqdim edilməsindən isə 3 ay keçməsinə baxmayaraq məhkəmə iddialar üzrə qərar qəbul edə bilməmişdir. Məhkəmə prosesləri Ekspertizanın rəyi məhkəməyə təqdim edənədək təxirə salınmışdır. Bundan əvvəl torpaq mülkiyyətçiləri və VƏHML təmsilçiləri bir neçə dəfə müxtəlif orqanlara çağırılmış və onlara iddiadan imtina etmək məqsədi ilə təzyiqlər edilmişdir. Yaranmış vəziyyətlə əlaqədar Məhkəmə Hüquq Şurasına və Ədliyyə Nazirliynə şikayətlər təqdim ediləcəkdir.

Xatırladırıq ki, birinci idda üzrə tələb olunan kompensasiyaların ümumi məbləği 309 755 manat (387 500 ABŞ dolları), digər məhkəmə işi üzrə isə tələb olunan kompensasiyaların ümumi məbləği 293 851 manat (367 313 ABŞ Dolları) təşkil edir.

Bundan əlavə məhkəmənin müsbət qərarı həmçinin prisident yaradacaqdır ki, sonradan bu daha yüzlərlə mülkiyyətçinin hüquqlarının təmin olunmasına gətirib çıxara bilər. Hazırda  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının bu istiqamətdəki fəaliyyətini Açıq Cəmiyyət İnstitutunun (Budapeşt) İnsan Hüquqları və İdarəetmə üzrə Qrant Proqramı maliyyələşdirir.

VƏHML