12 may 2017-ci il tarixində Qəbələ şəhərində yerli icra hakimiyyəti, yerli özünüidarə orqanları və regionun vətəndaş cəmiyyəti nümayənələrinin iştirakı ilə “İctimai İştirakçılıq. Yerli qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda müzakirələr keçirilmişdir.
Ekspertlər İsrail İsgəndərov və Sahib Məmmədov Qəbələ, Şəki, Oğuz rayonlarının vətəndaş çəmiyyəti, yerli özünüidarə orqanları nümayənələrinin, eləcə də Qəbələ rayon icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə keçiriləm müzakirələrdə “İctimai İştirak Haqqında” Qanunun, “Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” nın 4.1. və 4.2. bölmələrində nəzərdə tutulan fəaliyyətlərin icra olunması vəziyyəti ilə bağlı məruzələr təqdim etmişdir.
Qeyd olunmuşdur ki, İctimi İştirakçılıq Haqqında qanunun tələblərinə uyğun olaraq İctimi Şura formalaşdıran rayonlardan biri də Qəbələ rayonudur. Bununla belə ölkənin əksəriyyət rayonlarıda ictimai şuralar yaradılmamış və digər ictimi iştirakçılıq formalarından demək olar ki, istifadə olunmur.
Müzakirələrə qoşulan vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif məslələrə toxunmuş, təhsil və sosial məslələrə cavabdeh olan orqanlarda qərarların qəbulu zamanı vətəndaş cəmiyyəti iştirakçlığının zəruri olduğunu qeyd etmişlər. Göstərilmişdir ki, pensiya qanunvericiliyinə edilən son dəyişikliklər zamanı vətəndaş cəmiyyəti qurumları ilə hər hansı ictimai müzakirələr təşkil olunmamış və nəticədə əlilliyi olan şəxslərin mənafelərinə uyğun olmayan müddəalar qanunvericiliyə daxil edilmişdir.
Müzakirələr zamanı Qəbələ rayonunda QHT-lərin yerli qərarların qəbuluna cəlb olunma praktikası ilə bağlı fikirlər söylənilmişdir.
Vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai iştirakçılığın artırılmasına yönələn təklif və tövsiyələri qeydə alınmışdır və hazırlanacaq monitorinq hesabatına daxil ediləcəkdir.
Tədbir Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı əsasında reallaşan “İctimai İştirakçılıq. Mövcud vəziyyətin öyrənilməsi və yeni təşəbbüslərin dəstəklənməsi” adlı sifariş çərçivəsində təşkil olunmuşdur.